Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Slaviya"nın müdafiədəki zəif nöqtələrini yaxşı bilirdik" - Valdas Dambrauskas
    14.10.2026 00:02:03

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” (Praqa) klubuna 2:0 hesabı ilə qalib gələn “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında tarixi zəfəri dəyərləndirib.

    Prosport.Az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşüb.

    – Oyunun ilk dəqiqələrindən rəqibə ciddi təzyiq göstərməyə başladıq. “Slaviya”nı matçdan öncə çox dəqiq təhlil etmişdik, onların müdafiədəki zəif nöqtələrini yaxşı bilirdik. Nəzərə almaq lazımdır ki, Çexiya təmsilçisi fiziki cəhətdən inanılmaz dərəcədə güclü və dözümlü komandadır. Çempionlar Liqasının əsas mərhələsində doğma azarkeşlərimiz önündə ilk oyunumuzu keçirdik və ilk qələbəmizi qazandıq.

    – Matçın taktiki gedişatını necə təhlil edərdiniz?

    – İlk 20-25 dəqiqə ərzində topa nəzarət tamamilə bizim tərəfimizdə idi. Lakin qarşılaşmanın irəliləyən dəqiqələrində rəqib tarazlığı bərpa etdi və topa sahibolma nisbəti bərabərləşdi. Bu cür fiziki baxımdan möhkəm rəqiblərə qarşı oynayanda müdafiə xəttində boşluq tapmaq olduqca mürəkkəbdir. 2-ci hissədə isə həm sistemimizi qoruduq, həm də boşluqları tapıb fasilədən dərhal sonra hesabda önə keçdik. Bəzi epizodlarda bəxtimiz də gətirdi, amma öz şansımızı gözlədik və 2-ci qolu vuraraq matçın taleyini həll etdik. Futbolçularım verilən bütün tapşırıqları meydanda layiqincə yerinə yetirdilər. “Sabah” bu gecə həqiqətən möhtəşəm bir nəticəyə imza atdı.

    – Stiv Solvenin bu gün əvəzlənməsi nə ilə bağlı idi?

    – Solvenin əvəzlənməsi aldığı sarı vərəqə ilə əlaqədar deyildi. Onun matçdan öncə də zədəsi var idi, sadəcə risk etməmək üçün əvəzləməli olduq. “Sabah”ın tibbi heyəti əsl fədakarlıq göstərdi. Normalda o, sıralara daha gec dönməli idi, lakin həkimlərimizin sayəsində bu matça çatdırıldı. Zədəsi yenidən ağırlaşmasın deyə onu meydandan çıxardıq. Stiv bu gün həqiqətən əla oyun nümayiş etdirdi.

    – Azarkeşlərə nə demək istəyirsiniz?

    – Çalışacağıq ki, növbəti qarşılaşmalarda daha yaxşı oyun göstərək. Gələcəkdə Bakı Olimpiya Stadionunun tribunalarında daha çox azarkeş görmək istəyirəm. Digər görüşlərlə bağlı indidən proqnoz vermək çətindir, lakin şükürlər olsun ki, bu gün istədiyimiz nəticəni əldə etdik. İndi bütün diqqətimizi Premyer Liqada “Qəbələ” ilə keçiriləcək matça yönəltməliyik. Həmin qarşılaşmadan sonra yenidən Çempionlar Liqasındakı növbəti sınağımıza köklənəcəyik.

    Futbol

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    Futbol

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    Futbol

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23
    Futbol

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10
    Futbol

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11
    Futbol

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved