II Liqada keçirilən "Ayın qolu" layihəsinin sentyabr ayı üzrə qalibi bəlli olub.
Prosport.Az xəbər verir ki, "Dinamo" klubunun futbolçusu Elvin Cahangirli ayın ən yaxşı qoluna imza atdığı üçün mükafatla təltif edilib.
Mükafatlandırma mərasimi 7-ci turun "Dinamo" - "Kür-Araz" matçından öncə baş tutub.
Mükafatı futbolçuya Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.
