“Qarabağ-2″nin məşqçisi Muarem Zekiri 4 oyunluq cəzalanıb.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Mütəxəssis Əvəzedicilər Liqasının V turunda, “Zirə” ilə oyunun 68-ci dəqiqəsində hakimi təhqir edib.
Birbaşa qırmızı vərəqə alan M.Zekir 4 oyunluq cəza ilə üzləşib. Kluba isə buna görə 1000 manat cərimə kəsilib.
