Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Asiya Çempionlar Liqasının Qərb regionu üzrə Liqa mərhələsinin II turunda Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, Ər-Riyadda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Əl-Nəsr”in portuqaliyalı ulduzu Kriştiano Ronaldu matçın 42-ci dəqiqəsində fərqlənib. Bu qol onun klub və milli komanda karyerasında vurduğu qolların sayını 981-ə çatdırıb.
