Azərbaycanın FIFA referiləri Elçin Məsiyev və Əliyar Ağayev UEFA Avropa Liqasının oyunlarına təyinat alıblar.
Prosport.Az xəbər verir ki, Məsiyev liqa mərhələsinin II turunda Sloveniyada “Selye” və Kiprin “Omoniya” komandası arasında keçiriləcək matçı idarə edəcək.
Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
VAR hakimi italiyalı Luka Payretto, onun köməkçisi isə Nicat İsmayıllı olacaq.
Ağayev isə Niderlandın “Neymegen” və Bolqarıstanın “Levski” (Sofiya) komandaları arasında keçiriləcək matça təyinat alıb. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim isə İnqilab Məmmədov olacaq.
Qeyd edək ki, hər iki oyun oktyabrın 15-də keçiriləcək.
