“İmişli” komandası baş məşqçisi Fərid Namazov ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Fərid Namazov cari mövsümün əvvəlində Premyer Liqa klubunun baş məşqçisi təyin olunmuşdu.
