Azərbaycanın 2 basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər.
Prosport.Az xəbər verir ki, "Gəncə" C qrupunun II turunda Yunanıstanın "Kolossos" komandasını qəbul edəcək. Gəncə İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq. Qərb təmsilçisi ilk matçında Türkiyədə “Esenler Erokspor”a 63:92 hesabı ilə məğlub olub.
G qrupunda yer alan digər təmsilçimiz "LANDAU Layns" komandası isə Slovakiyada "Prievidza" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. "LANDAU Layns" ilk oyununda Bakıda İsveçrənin "Lions de Geneve" komandasına 83:105 hesabı ilə məğlub olub.
