Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəlkə onlar üçün asan rəqib kimi görünürük, amma nəyə qadir olduğumuzu bilirik" - Valdas Dambrauskas
    12.10.2026 18:48:12

    "Sabah" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində Bakıda Çexiyanın "Slaviya" klubunu qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - "Mançester Yunayted"lə oyunda 3 xal gözləməyimiz düz olmazdı. "Slaviya" isə uyğun rəqibdir. Bu oyunda "Sabah"ın qələbəsini gözləmək, komandada və sizin üzərinizdə təzyiq yaratmır ki?

    - Bu səviyyədə oyunlarda meydana çıxdıqda əlimizdən gələni etməyə çalışırıq. Hər kəs də yaxşı nəticə gözləyir. "Slaviya" da eyni nəticəsini istəyir. 90 dəqiqədə çox şey baş verə bilər. Baş məşqçi olaraq işim oyuna köklənmək və meydanda nələrin baş verdiyini izləməkdir. 

    - "Slaviya"nın oyun tərzi barədə bizə nə məlumat verə bilərsiniz?

    - "Slaviya" güclü komandalardan biridir. Gözəl oyun sistemi olan kollektivdir. Bir çox məsələlərdə, fiziki cəhətdən çox hazır komandadır. Onlar heç vaxt yorulmurlar, hər zaman pressinqə üstünlük verirlər. "Slaviya"nın baş məqşçisi uzun zamandır komandadadır. Qısa ötürmələrlə hücumameyilli oynayırlar. Çexiya çempionatında demək olar ki, bir və iki ötürmədən sonra hücuma meyillənirlər. Biz konsentrasiyanı itirməməyə çalışmalıyıq. Bu səviyyədə olan komandalar rəqibi cəzalandırmağa hazır olurlar. Öz gücümüzə inanıram. Ümidvaram ki, onların zəif nöqtələrini tapıb istifadə edəcəyik. Əsas məsələ mental olaraq hazır olmaqdır.

    - "Slaviya" tərəfi "Sabah"la matça 3 xal gözü ilə baxır. Bu, sizi ikiqat motivasiya edir?

    - Bəli, biz bundan xəbərdarıq, uzun müddətdir ki, səfərdə qalib gələ bilmirlər. Biz nəyə qadir olduğumuzu bilirik. Bəlkə onlar üçün asan rəqib kimi görünürük. Bizim də özümüzü sübut etmək şansımız var. İnanmıram ki, bu, mənim üçün əlavə motivasiya olsun. Mənim üçün ən böyük motivasiya meydana çıxmaq və ən yaxşısını etməkdir. Bu vaxta qədər möcüzə yaratmışıq.

    - Milyonçu ola bilmədiniz, amma Azərbaycanda tarix yazdınız, "Sabah"ı çox önəmli yerlərə gətirdiniz. Türkiyəyə mesajınız nədir?

    - Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Azərbaycanlı deyiləm. Amma mən də buradayam. Türkiyə futbolunun tarixini, "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor" və digər klubların nailiyyətlərini bilirik. Orada mükəmməl oyunçular var. Azərbaycan da bu tarixi yazmağa davam edir. Azərbaycanın da Çempionlar Liqasında nailiyyətləri pis deyil. Bilirik ki, türklər futbolu çox sevirlər. Hər zaman Türkiyəni nümunə götürürük. Azarkeşləriniz mükəmməldir.

    Futbol

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    Futbol

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    Futbol

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23
    Futbol

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10
    Futbol

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11
    Futbol

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved