“Qarabağ” klubunda kadr dəyişikliyi baş verib.
Prosport.Az xəbər verir ki, klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.
2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğunu, 1 dəfə ölkə kubokunu qazanıb. O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa yüksəlməsinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin həyəcanını yaşayıb. Klubdakı fəaliyyəti dövründə nüfuzlu Yohan Kroyf adına institutun diplomunu alan Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.
