Azərbaycanlı futbolçu Ramil Şeydayevin də formasını geyindiyi "Soçi" Rusiya I Liqasında XIII tur oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda "Ufa" ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Şeydayev də bu oyunda iştirak edib. O, meydana 76-cı dəqiqədə çıxıb.
Qeyd edək ki, "Soçi" hazırda 26 xalla 2-ci pillədədir.
