Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Uşaq və yeniyetmə futbolunun inkişafı üçün mühüm addımlar atılır" - Cahangir Fərəcullayev
    12.10.2026 11:42:08

    "Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir".

    Prosport.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev aşağı yaş qrupları ilə əlaqədar yeni match.affa.az saytının və @AFFA.istedadlar sosial media layihəsinin təqdimat mərasimində deyib.

    O, layihə haqqında fikirlərini bölüşüb: "Ölkəmizdə uşaq və yeniyetmə futbolunun inkişafı üçün mühüm addımlar atılır. Xüsusilə U-15 dünya çempionatı və bununla bağlı inşa edilən 10 min nəfərlik yeni yarış və məşq mərkəzi gələcəkdə uşaq futbolunun istifadəsinə veriləcək. Mərkəzdə son quruculuq işləri aparılır və arena ən müasir standartlara cavab verir".

    Baş katib "Eyeball" layihəsinin əhəmiyyətini vurğulayıb: "Layihə çərçivəsində 2000 istedadlı uşaq aşkar olunub. Toplanan analitik məlumatlar futbolçuların fərdi inkişaf planlarının hazırlanmasında məşqçilərə böyük kömək edir. Bu təşəbbüs UEFA tərəfindən də yüksək qiymətləndirilib və bir çox yerli klublar artıq bu sistemdən yararlanır".

    Fərəcullayev təqdim edilən yeni rəqəmsal platformaların uşaqların motivasiyasına müsbət təsir göstərəcəyini vurğulayıb: "Yeni saytlar və sosial media resursları uşaq futboluna marağı artırmaq məqsədi daşıyır. Özlərini bu platformalarda görən uşaqların gələcəkdə böyük futbolçu olmaq istəyi daha da güclənir. Həmçinin bərpa edilən "Məktəbli Kuboku" turniri də böyük rəğbətlə qarşılanıb. Növbəti ildən bu yarışın formatını dəyişərək beynəlxalq turnir səviyyəsinə qaldırmağı planlaşdırırıq".

    AFFA rəsmisi uşaq futbolunun əsas hədəf olduğunu vurğulayıb: "Bütün bu fəaliyyət uşaqların gələcəkdə milli komandanın şərəfini layiqincə qoruması üçün nəzərdə tutulub. Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir. Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular gələcəkdə güclü milli komandanı formalaşdıracaqlar".

    Futbol

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    Futbol

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    Futbol

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23
    Futbol

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10
    Futbol

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11
    Futbol

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved