Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mövsümün püşkü elə atılıb ki..." – Zaur Həşimov
    11.10.2026 21:22:51

    Azərbaycan Premyer Liqasının VII turunda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olan “Şəfa”nın baş məşqçisi Zaur Həşimov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma barədə fikirlərini bölüşüb.

    – Əslində oyun haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Nə meydandakı istək, nə də fiziki hazırlıq baxımından rəqibdən geridə qalmadıq. Sadəcə olaraq ustalığımız və heyətdəki səviyyəmiz belə iddialı komandalardan xal və ya xallar qazanmağa kifayət etmir. Bu amil bugünkü qarşılaşmanın taleyinə böyük təsir göstərdi. Təəssüf ki, qolu da öz diqqətsizliyimizdən, meydanın mərkəzində topu itirdikdən dərhal sonra buraxdıq.

    – Önümüzdəki turlarda ağır oyunlar var. Heyətdəki ustalıq səviyyəsini artırmaq üçün qış fasiləsində transferlər gözlənilir? Bu barədə rəhbərliklə müzakirəniz olub?

    – Qış transfer pəncərəsi barədə hələ ki rəhbərliklə hər hansı danışığımız və ya müzakirəmiz olmayıb. Ustalıq səviyyəsi dedikdə, rəqibin heyətindəki keyfiyyətli futbolçuları da nəzərdə tuturam. Belə rəqiblərə qarşı oynayanda öz potensialını və ustalığını tam açmaq da asan olmur.

    – Elmir Tağıyevlə bağlı vəziyyət necədir? Niyə əsas heyət yox, əvəzedici komandada görünür?

    – Elmir ilə hələ yayda söhbətimiz olmuşdu. Sadəcə olaraq transfer pəncərəsinin son günlərində zədələndiyi üçün komandada qalmalı oldu. Bərpa prosesi keçdiyindən tam idman formasında deyildi və bizimlə məşqlərə qatılmırdı.

    – Növbəti turlarda “Şamaxı”, “Araz-Naxçıvan” və “Kəpəz”lə qarşılaşacaqsınız. Nisbətən xal almaq ehtimalı yüksək olan bu matçlardan gözləntiniz nədir?

    – Püşk elə atılıb ki, geridə qalan 7 turda oynadığımız rəqiblərdən yalnız ikisi, “Qəbələ” və “İmişli” istisna olmaqla, qalan hamısı çempionluq mübarizəsi aparan klublar idi. İndiyədək məğlub olduğumuz matçları “qara zolaq” adlandırım, yoxsa rəqiblərin aşkar güc üstünlüyü, bilmirəm. Lakin düşünürəm ki, artıq dişimizə uyğun rəqiblərlə qarşılaşacağıq və həmin matçlarda mütləq şəkildə xal və xallar qazanmalıyıq.

    – Ölkə kubokunda mübarizəyə başlayacaqsınız. “Şəfa” üçün əsas hədəf kubok olacaq, yoxsa prioritet çempionatdır?

    – Bu, gedişatdan asılı olacaq. Əvvəlcə II Liqa təmsilçisi “Ağstafa Gəncləri” ilə oynayacağıq. Kubokun 1/4 final mərhələsi isə qış fasiləsindən sonraya təsadüf edir. Həmin vaxta qədər komandanın vəziyyətinə baxıb yekun qərar verəcəyik.

    Futbol

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    Futbol

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    Futbol

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23
    Futbol

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10
    Futbol

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11
    Futbol

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved