Azərbaycan Premyer Liqasında VII turun son oyununda "Turan Tovuz" səfərdə "Şəfa" ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolu 45+2-ci dəqiqədə Dioqu Balau vurub.
"Turan Tovuz" 14 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə 11-cidir.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1), "Qarabağ" "İmişli"ni (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.
