Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Lazımsız vərəqələr almağın tərəfdarı deyilik" – Fərid Namazov
    11.10.2026 18:27:00

    Azərbaycan Premyer Liqasının VII turunda evdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “İmişli”nin baş məşqçisi Fərid Namazov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma barədə fikirlərini bölüşüb:

    – İlk növbədə rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdik. “Qarabağ”ın cari mövsümdə avrokuboklardan kənarda qalması onların bütün çempionat matçlarına əsas heyətlə çıxmasına şərait yaradır. Əvvəllər rotasiyalara gedirdilərsə, indi ən güclü heyətlə oynayırlar. Biz də həftə boyunca buna uyğun hazırlaşmışdıq. Əslində ilk yarıda planımız müdafiədə sıx oynayıb, əks-hücumlarda rəqibi tutmaq və top bizdə olanda daha əmin çıxış etmək idi. Bir neçə imkanımız da oldu. 2-ci hissədə isə “Qarabağ”ın üstünlüyü artıracağını, uzaq zərbələrlə və hücumçu sayını çoxaldaraq üzərimizdə təzyiq quracağını gözləyirdik. Əsas məqsədimiz aşağı zonada müdafiə olunub rəqibə boş sahələr verməmək idi. Lakin ani bir diqqətsizlik nəticəsində ilk qolu buraxdıq. Bundan sonra da hesabı bərabərləşdirmək üçün şansımız oldu, amma dəyərləndirə bilmədik. 2-ci qoldan öncəki künc zərbəsi epizodunda isə ilk baxışdan top rəqib oyunçuya dəyib meydanı tərk etmişdi. Buna baxmayaraq, yenə də müdafiədə tez yerimizi almalı idik, lakin gedişat diqqətsizliklə nəticələndi. Ümumilikdə futbolçular pis oynamadılar, onlara təşəkkür edirəm. Bu dərəcədə konsentrasiyalı oynayıb cəmi 2 epizodda səhv buraxmaq üzücüdür, amma ümumi performansdan razıyam. İndi bütün diqqətimizi növbəti həftə keçiriləcək “Turan Tovuz”la matça yönəldəcəyik.

    – Matçın sonlarına doğru Bəxtiyar Həsənalızadənin aqressiv davranışları diqqət çəkdi. Hətta 2-ci sarı vərəqə ilə meydandan qovula bilərdi. Bu emosionallıq nə ilə bağlı idi?

    – Bəxtiyar təbiətən çox sakit və təmkinli insandır, onu istər məşqdə, istərsə də həyatda əsəbi görmək çətindir. Sadəcə, matçın son dəqiqələrində rəqibin güclü təzyiqi və 0:1 geridə olduğumuz anlarda hesabı bərabərləşdirmək istəyi futbolçuda belə emosional reaksiya yaratdı. Kiçik detallar belə, bəzən oyunçunu gərginləşdirə bilir. Futbol emosiyalar oyunudur, ona görə də bu halı normal qarşılayıram. Əlbəttə ki, lazımsız vərəqələr almağın tərəfdarı deyilik və futbolçularla bu barədə mütəmadi söhbətlər aparırıq.

    Futbol

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    Futbol

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    Futbol

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23
    Futbol

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10
    Futbol

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11
    Futbol

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved