Transfer çalışmalarını davam etdirən “Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, milli komandamızın da formasının geyinmiş, son olaraq Türkiyədə “Serikspor” klubunda çıxış etmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Keşlə” (indiki "Şamaxı"), “Sumqayıt”, “Zirə”, “Turan Tovuz” və “Manisa”da çıxış etmiş 28 yaşlı cinah müdafiəçisi Azərbaycan Premyer Liqasında ümumilikdə 193 qarşılaşmada meydana çıxıb və 13 qola imza atıb.
