Futbol üzrə Türkiyənin U-15 millisinin Azərbaycanın ev sahibliyi ilə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalı üçün heyəti açıqlanıb.
Prosport.Az xəbər verir ki, baş məşqçi Suat Tokatın rəhbərlik etdiyi komandaya 14 futbolçu dəvət olunub.
Qapıçılar: Ayaz Karadavut, Mehmet Emin Sevinç;
Müdafiəçilər: Çağatay Akça, Furkan Bera Kaya, Emirhan Eyüboğlu, Ahmet Eymen Sert;
Yarımmüdafiəçilər: Yağız Kodaman, Enes Aker, Mustafa Kuşçu, Armağan Lortoğlu, Emir Sefa Usta;
Hücumçular: Ahmet Yavuz Kondaçı, Emir Ustabaş, Ayaz Özbüğüt.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək keçiriləcək.
