“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stinenın çıxış etdiyi Moldova millisi UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, sözügedən komanda IV turda öz meydanında Slovakiya yığması ilə qarşılaşıb.
Oyun slovakiyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Stine 67-ci dəqiqədə – komandası hesabda 0:3 geridə olduğu zaman meydana buraxılıb.
Qeyd edək ki, Moldova 4 turdan sonra 4 xalla 3-cü pillədədir.
