UEFA Millətlər Liqasının C Liqasının növbəti turu çərçivəsində Qazaxıstan millisi evdə Farer adalarını qəbul edib.
Prosport.Az xəbər verir ki, matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
63-cü dəqiqədə 2:0 hesablı üstünlük qazanan “cırtdanlar” yekunda qələbəni əldən verib. Meydan sahibləri 8 dəqiqə ərzində bərabərliyi təmin edib. Amma Qazaxıstan yığmasının bundan artığına gücü çatmayıb.
Qazaxıstan yığmasına dəvət alan “Sabah”ın qapıçısı Stas Pokatilov bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyat oyunçular skamyasında əyləşib.
