Bu gün “Gəncə” və “LANDAU Layns” basketbol klubları FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyunlarını keçirəcəklər.
Prosport.Az xəbər verir ki, “Gəncə” C qrupundakı ilk matçında Türkiyənin “Esenler Erokspor” komandasının qonağı olacaq. İstanbulda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Gəncə” qrup mərhələsində Rumıniyanın “Universitatya Krayova”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist” və Yunanıstanın “Kolossos” komandaları ilə də qarşılaşacaq.
Azərbaycanın digər təmsilçisi “LANDAU Layns” isə G qrupunda İsveçrənin “Lions de Geneve” klubunu qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək.
Bu qrupda Slovakiyanın “Prievidza”, Danimarkanın “Bakken Birs”, Türkiyənin “Dənizli Basket” və Portuqaliyanın “Benfika” klubları da yer alır.
