Lionel Messi Argentina yığmasında sonuncu oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, kapitan Beninlə yoldaşlıq matçında iştirak edib. Görüş argentinalıların qələbəsiylə başa çatıb – 3:0.
Messi oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Oyundan əvvəl “Neftçi”nin futbolçusu Sessi d Almeyda Messi ilə görüşərək, ona hədiyyə verib.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildə yığmada debüt edib. O, milli formada 207 oyunda 125 qol vurub.
Messi milli komanda ilə 2022-ci ildə dünya çempionu adını qazanıb. O, 2 dəfə Amerika Kubokunun, bir dəfə Finalissimanın qalibi olub.
