Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Qarşımızda uzun bir yol var və bu yolu keçməliyik" - "Neftçi"nin baş məşqçisi
    6.10.2026 23:53:32

    "Düşünürəm ki, ilk hissədə, xüsusilə də 15 dəqiqədə görmək istədiyimiz "Neftçi"ni meydanda gördük. Biz yeni komandayıq və cəmi 20 gündür birlikdə işləyirik. Bu müddət ərzində təxminən 15 məşq keçmişik. Ona görə də həm komandaya, həm də oyunçulara bir-birlərinə uyğunlaşmaq və istədiyimiz basketbolu oynamaq üçün vaxt lazımdır".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi” basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunun əsas mərhələsində "Mikonos"la oyundan  (58:78) sonra deyib.

    Mütəxəssis ilk 15 dəqiqədə çox yaxşı oyun nümayiş etdirdiklərini bildirib: "Müdafiədə yaxşı çıxış etdik, hücumda isə əvvəlki oyunumuzla müqayisədə daha yaxşı təsir bağışladıq. Lakin 2-ci hissədə yenidən oyundan qopduq və eyni səhvləri təkrarlamağa başladıq.

    Özümüzə inamımız azaldı. Təxminən 5 dəqiqə ərzində 7 açıq 3-lük atışından yararlana bilmədik, çoxsaylı asan atışları və layapları qaçırdıq. Müdafiədə də yenidən çoxlu səhvlərə yol verdik və lazımi enerjini göstərə bilmədik. Oyunçuların yorulduğunu hiss etdim.

    Oyunun gedişatını dəyişmək üçün zona müdafiəsindən və bir neçə başqa variantdan istifadə etməyə çalışdım. Amma enerjiniz yoxdursa, meydanda kifayət qədər hərəkət edə bilmirsiniz. Nəticədə birəbir mübarizələrdə uduzduq və müdafiə ribaundlarında da çoxlu səhvlərə yol verdik".

    Onun sözlərinə görə, bu oyunda yeganə müsbət məqam ilk 15 dəqiqədə sərgilənən oyun olub: "Həmin müddətdə əvvəlki oyuna nisbətən nələri daha yaxşı etdiyimizi analiz edəcəyik. Eyni zamanda, 2-ci hissənin bütün 20 dəqiqəsinə yenidən baxıb oyunçularımıza yol verdiyimiz səhvləri göstərəcəyik.

    Bununla belə, düşünürəm ki, 3 gün əvvəlki vəziyyətimizlə müqayisədə hazırda daha yaxşı durumdayıq. Əminəm ki, qarşıdakı 3 gün ərzində daha yaxşı olacaq və liqadakı ilk oyuna daha yaxşı hazırlaşacağıq.

    Oyunçularla danışmalıyam və əminəm ki, onlar da vəziyyəti anlayırlar. Biz işləməli, detallara daha çox diqqət yetirməli və növbəti oyuna hazır olmalıyıq.

    Bu bir marafondur. Bizim qarşımızda uzun bir yol var və bu yolu keçməliyik".

    Top oyunları

    "Sabah" "Qalatasaray"ın sabiq oyunçusunun transferini təsdiqlədi

    23.10.2026 19:07:41
    Basketbol

    ABL: V turun təqvimi açıqlandı

    22.10.2026 22:45:26
    Top oyunları

    “Sabah” Türkiyə klubundan ayrılan oyunçunu transfer etdi

    22.10.2026 19:13:51
    Top oyunları

    "Gərgin anlarda bəzən fit onların xeyrinə səsləndi" - Ərhan Tokər

    21.10.2026 23:41:07
    Top oyunları

    Avropa Kuboku: Azərbaycan klubu 3-cü oyunda da uduzdu

    21.10.2026 23:36:35
    Basketbol

    "Azərbaycan qadın basketbolunun gələcəyini təməldən qururuq" - İoannis Diamantakos

    21.10.2026 17:20:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" "Qalatasaray"ın sabiq oyunçusunun transferini təsdiqlədi

    23.10.2026 19:07:41

    Azərbaycan təmsilçisi avrokuboklara məğlubiyyətlə başladı - YENİLƏNDİ

    23.10.2026 18:43:30

    "Zirə" - "Sumqayıt": HEYƏTLƏR

    23.10.2026 18:21:40

    "Özümüz rəqiblər üçün hədiyyələr hazırlayırıq" - Yuri Maksimov

    23.10.2026 18:00:56

    "Qurban Qurbanovdan öyrənməli olduğumuz çox şey var" - Yeton Bekiri

    23.10.2026 17:45:02

    Nenad Laloviç 3-cü dəfə UWW prezidenti seçildi, AGF təbrik etdi - FOTOLAR

    23.10.2026 17:37:26

    Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

    23.10.2026 17:09:15

    "Qəbələ" autsayderi məğlub edib, 9-cu pilləyə yüksəldi

    23.10.2026 16:56:04

    Dünya çempionatı: Güləşçilərimizin ilk rəqibləri bilindi

    23.10.2026 16:15:13

    Azərbaycanda bu klubun rəhbərinə 4 oyunluq cəza verildi

    23.10.2026 15:45:11

    AFFA 2 komandaya texniki məğlubiyyət verdi

    23.10.2026 15:13:25

    Arsen Venger Hövsan Yarış Kompleksində olub

    23.10.2026 14:40:41

    "Araz-Naxçıvan" - "Qəbələ": HEYƏTLƏR

    23.10.2026 14:07:23

    Hövsan Yarış Kompleksi dünya çempionatına tam hazırdır - FOTOLAR

    23.10.2026 13:43:38

    Arsen Venger FIFA-nın saytına Azərbaycandakı mundialın önəmindən danışdı

    23.10.2026 13:11:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved