21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığması üzərində qazanılan qələbədən (3:0) sonra fikirlərini bildirib.
Prosport.Az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
"İlk növbədə bütün oyunçulara təşəkkürümü bildirmək istəyirəm. Çətin bir tsikl keçirdik. Sonda tariximizin ən yaxşı nəticəsini əldə etdik. Bugünkü reallıqda bu, yaxşı nəticədir. Qrupdakı komandalara qarşı yaxşı nəticələr əldə etdik. Şotlandiya ilə səfər matçının nəticəsinə görə üzülürük. Düşünürəm ki, hesab bu cür olmamalı idi".
Milli seçmə mərhələni 10 xalla bitirib və qrupda 6 komanda arasında 5-ci olub.
