“Sabah”ın futbolçusu Umarali Raxmonaliyevin formasını geyindiyi Özbəkistan yığması yoldaşlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, sözügedən komanda Cənubi Koreya ilə qarşılaşıb.
Matç özbəklərin məğlubiyyəti ilə başa çatıb – 0:2.
Raxmonaliyev bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.
