Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb.
Prosport.Az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası məlumat yayıb.
Yankauskasın gələcəyi ilə bağlı qərar LFF prezidenti Edqaras Stankeviçyus və federasiyanın texniki direktoru Deyvidas Şemberasla keçirilən görüşdən sonra qəbul edilib.
Müzakirələrin ardından tərəflər qarşılıqlı razılıq əsasında 51 yaşlı mütəxəssislə müqaviləyə xitam verilməsi barədə razılığa gəliblər.
Yankauskas son 4 il ərzində Litva milli komandasına rəhbərlik edib.
Onun istefasına səbəb isə UEFA Millətlər Liqasında Azərbaycan yığmasına qarşı keçirilən son oyunda 0:1 hesablı məğlubiyyət olub. Bu nəticədən sonra Litva millisinin qrup qalibi olmaq şansı əhəmiyyətli dərəcədə azalıb.
