"Bu, məyusedicidir. Amma oyunun sonlarında biz hakimlərə öz hərəkətlərimizdən daha çox diqqət yetirdik. Səhvə yol verdik və oyuna köklənməli idik".
Prosport.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının oyununda Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olan Litva yığmasının qapıçısı Tomaş Şvedkauskas deyib.
32 yaşlı qolkiperin sözlərinə görə, Azərbaycan millisi hesabı açdıqdan sonra müdafiəyə çəkildiyini və Litvanın hücumlarda çətinlik çəkdiyini bildirib: "Qoldan sonra onlar geri çəkildilər və müdafiələrini yarmaq çətin oldu. Hücumları inkişaf etdirmək də ağır idi. Çoxlu cinah ötürmələri etdik, amma onlar qapıya çatmadı. İdeyalarımız və hücumlarda kəsərimiz çatmadı".
