FIFA referesi Kamal Umudlu U-21 Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İsveç – Şimali Makedoniya oyununu idarə edəcək.
Prosport.Az xəbər verir ki, ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.
Oktyabrın 5-i Falkenberq şəhərində yerləşən “Falkon Alkoxolfri Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə 20:30-da başlanacaq.
