Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindi “Soçi” yoldaşlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, komanda “Vista” ilə qarşılaşıb.
Qarşılaşma “Soçi”nin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda son nöqtəni isə məhz Ramil Şeydayev qoyub.
Qeyd edək ki, “Soçi” çempionatın XIII turu çərçivəsində oktyabrın 11-də “Ufa” ilə qarşılaşacaq.
