Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-20 millisi bu gün növbəti yoxlama oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Rui Jorjenin rəhbərlik etdiyi kollektiv Moldova ilə qüvvəsini sınayacaq.
Görüşün saat 18:00-da başlanması nəzərdə tutulub.
Qeyd edək ki, U-20 millimiz hazırlıq prosesi çərçivəsində növbəti yoldaşlıq matçını oktyabrın 6-da Yaponiya seçməsinə qarşı keçirəcək.
