“Sabahın Ulduzları” Bakı Kuboku U-14 Liqasında çempionun adına aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, Futbol İnkişaf Mərkəzində təşkil olunan final oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən həlledici matçda rəqibini 2:0 hesabı ilə məğlub edən “Qarabağ” turnirin qalibi olub.
“Köhlən atlar”ın heyətində 23-cü dəqiqədə İbrahim Müzəffərli hesabı açıb. Matçın 60-cı dəqiqəsində isə Ceyms Eziaşi fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib.
