Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Fransaya qol vurduqdan sonra düşündüm ki, lənət olsun, qarşıda hələ 90 dəqiqə var" – Renat Dadaşov
    10.09.2026 14:11:43

    "Bukovina"nın yeni transferi Renat Dadaşov Ukrayna klubunun rəsmi saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Renat, klubumuza xoş gəlmisən! “Bukovina"nın səninlə maraqlandığını ilk dəfə nə vaxt öyrəndin və proses necə inkişaf etdi?
    – Əvvəlcə menecerim mənə zəng etdi və dedi: “Bax, Ukraynada bir variant var. Səninlə maraqlanırlar, nə düşünürsən?” Klubun adını çəkdikdən sonra “Bukovina" haqqında məlumat toplamağa başladım. Klub nümayəndələri ilə danışdım və bu komandaya qoşulmaq ideyası xoşuma gəldi. Mənə klubun futbola baxışı, oyun modeli və baş məşqçinin işi çox maraqlı gəldi. Transferə hazırlaşarkən komandanın bir çox oyununa baxdım və onların məni burada görmək istəyinin nə qədər böyük olduğunu hiss etdim. Açığı, bundan çox təsirləndim. Və artıq buradayam.

    – Səni məhz “Bukovina” ilə müqavilə imzalamağa nə inandırdı?
    – Dediyim kimi, əsas amil məşqçilər korpusunun yanaşması və klubdakı insanların münasibəti oldu. İlk andan hiss etdim ki, məhz bu klubda olmalıyam. Çünki burada məni komandaya gətirmək üçün hər şeyi 100% etdilər. Qərarıma o qədər əmin idim ki, müqaviləni imzaladım. Burada, olmaqdan çox xoşbəxtəm!

    – Gizlətməyək, klubumuzun heyətində hazırda milli komandanın futbolçusunu görmək xüsusi hadisədir. Azərbaycan millisində 45 oyun keçirib 7 qol vurmusan. Beynəlxalq təcrübən “Bukovina"ya necə kömək edə bilər?
    – Milli komanda ilə klub tamamilə fərqli şeylərdir. Çoxları bunların eyni olduğunu düşünür, amma belə deyil. Milli komandada ölkəni təmsil edirsən, klubda isə hər gün çalışırsan. Mən “Bukovina”da özümün ən yaxşı versiyam olmağa çalışacağam. Milli komandada da eyni şeyi etməyə çalışıram. Əlbəttə, milli komandada güclü yığmalara və yüksək səviyyəli futbolçulara qarşı qazandığım təcrübəni kluba gətirə bilərəm. Milli komandada 90 dəqiqə ərzində yüksək səviyyəli rəqiblərə qarşı konsentrasiyanı qorumağı öyrənirsən. Bu təcrübəni yeni komandama ötürmək və meydanda “Bukovina"nın rəngləri üçün mübarizə aparmaq istəyirəm.

    – Beynəlxalq karyeranda xüsusi məqam ötən ilin noyabrında Fransa millisinin qapısına vurduğun qol oldu. Həmin oyunu və qoldan sonrakı hisslərini xatırlayırsanmı?
    – Əlbəttə, hər şeyi təfərrüatı ilə xatırlayıram. Oyunun 4-cü dəqiqəsi idi və Fransaya qol vuraraq hesabı 1:0 etdik. Emosiyalar və adrenalin inanılmaz dərəcədə yüksək idi! Amma həmin anda beynimdən dərhal bir fikir keçdi: “Lənət olsun, qarşıda Fransaya qarşı hələ demək olar ki, 90 dəqiqə var!” (gülür.) Mənim üçün bütün qollar xüsusidir. Amma bu qol həqiqətən də unikaldır. Çünki oyun Azərbaycanda keçirilirdi və bu, millinin tarixində Fransanın qapısına vurduğumuz ilk qol idi. Möhtəşəm təcrübə idi və belə bir şey heç vaxt unudulmur.

    – Azərbaycan millisində vurduğun digər qollardan hansı sənin üçün daha yaddaqalandır?
    – Açığı, hər qol mənim üçün vacib və yaddaqalandır. Çünki ölkən üçün qol vurursan. Ailənizin, köklərinizin bağlı olduğu ölkəni təmsil edirsən. Almaniyada doğulsam da, özümü azərbaycanlı hiss edirəm. Ən yaddaqalan qolum isə Slovakiyaya qarşı oyunda milli komandadakı ilk qolumdur. Həmçinin Fransaya vurduğum qol. Milli komandada 7 qolum arasında bu 2 qolu xüsusi qeyd edərdim. Ümid edirəm ki, bundan sonra onların sayı daha da artacaq.

    – Düz 1 il əvvəl Azərbaycan millisinin heyətində Ukraynaya qarşı oynamışdın. O zaman 12 ay sonra bu ölkəyə köçəcəyini təsəvvür edə bilərdinmi?
    – Açığı, xeyr. Amma futbolu məhz buna görə sevirəm. Sabah harada olacağını heç vaxt bilmirsən. Bu, həqiqətən də maraqlı təsadüfdür. Ukrayna millisinə qarşı keçirdiyimiz oyunu çox yaxşı xatırlayıram. İndi isə Ukraynada, gözəl sarı rənglərdə çıxış edən bir klubla müqavilə imzalamışam. Bu, həqiqətən də çox gözəldir!

    – Almaniyada doğulub böyümüsən. Səni alman mentalitetinə sahib azərbaycanlı futbolçu adlandırmaq olar. Alman futbol mühiti sənin formalaşmağına nə qədər təsir edib?
    – Demək olar ki, məni tamamilə formalaşdırıb. 15 yaşımda akademiyaya köçdüm. Orada sənə ciddi nizam-intizam və ağır əmək öyrədilir. Səhər məşq edirsən, sonra məktəbdə təhsil alırsan, yenidən məşqə gedirsən və axşam yenə dərslərin olur. Bu, böyük intizam tələb edirdi. Həmin sistem futbolçu kimi formalaşmağımda çox böyük rol oynayıb.

    – Almaniyanın U-17 millisində Kay Haverts ilə bir çox oyun keçirmisən. Həmin dövr haqqında nələri xatırlayırsan?
    – O vaxt biz sadəcə uşaq idik və karyeralarımızın necə inkişaf edəcəyini bilmirdik. Gənclər futbolundan zövq alırdıq, Avropa çempionatının seçmə mərhələsində oynayırdıq. Maraqlıdır ki, həmin turnirin seçmə oyunları məhz Azərbaycanda keçirilirdi. Kay Haverts birlikdə oynamağa başladığımız ilk vaxtlardan etibarən əla futbolçu idi. O, inanılmaz karyera qurdu və bunu davam etdirir. Kay həm yaxşı insandır, həm də top səviyyəli futbolçudur. Onunla eyni paltardəyişmə otağını bölüşməyim və eyni səviyyədə çıxış etməyim barədə xoş xatirələrim var.

    – Klub karyeran da kifayət qədər zəngindir. Almaniyada “Ayntraxt”, İngiltərədə “Vulverhempton”, həmçinin Portuqaliya, İsveçrə, Türkiyə və Polşa klublarında çıxış etmisən. Klub səviyyəsində ən yaddaqalan və uğurlu dövrün hansı olub?
    – Hər hekayənin öz yüksəlişləri və enişləri var. Bu, futbol həyatının normal hissəsidir. Hər ölkədə yeni bir şey qazandım: yeni mədəniyyət, taktiki biliklər, fərqli məşqçilərin təcrübəsi. Karyeramda konkret olaraq bir dövrü ən sevimli hesab etmirəm. Amma İsveçrədə oynamaq mənim üçün çox xoş idi. Orada alman dilində sərbəst danışa bilirdim və bu, adaptasiyamı asanlaşdırırdı. Portuqaliyada da çox gözəl idi. Tanımadığım ölkəyə getdim və cəmi il yarım sonra portuqal dilində sərbəst danışmağa başladım. Hər dövrün həm yaxşı, həm də çətin anları olub. Amma ümumilikdə hər komandada çox yaxşı təcrübə qazandım.

    – 20 yaşında dünyanın ən güclü liqalarından birinə – İngiltərə Premyer Liqasına getdin. Lakin “Vulverhempton”la APL-də debüt edə bilmədin. İngiltərədə özünü daha yaxşı göstərmək üçün şansın olduğunu düşünürsənmi?
    – Açığı, geriyə baxmağı və “belə olsaydı, necə olardı?” sualları haqqında düşünməyi çox sevmirəm. Mən orada idim, hər gün Premyer Liqa komandası ilə məşq edirdim və həmin səviyyəni içəridən görürdüm. Müəyyən mərhələdə yaranmış vəziyyətə görə icarəyə getdim. Gənc futbolçu idim və mənə oyun praktikası lazım idi. Amma 3-4 il ərzində Premyer Liqa klubunda olmaq mənim üçün möhtəşəm təcrübə idi. Əlbəttə, rəsmi oyunda meydana çıxmaq imkanım olsaydı, bundan imtina etməzdim. Amma tale belə gətirdi.

    – Ukrayna Premyer Liqası, Ukrayna futbolu və ölkəmiz haqqında nə bilirdin?
    – Ukrayna futbolu haqqında kifayət qədər məlumatım var. Burada hər zaman güclü klublar olub. Bundan başqa, dostlarım Ukraynada oynayıb. Ona görə də çempionatı izləyir və oyunlara baxırdım. Ölkənin özü haqqında da məlumatım var idi. Baxmayaraq ki, əvvəllər yalnız Ukrayna millisinə qarşı oynamışdım. İndi isə burada yaşayacağam. Hazırda gördüklərim mənim çox xoşuma gəlir. Burada həqiqətən hər şey çox gözəldir. Ukraynada olmaqdan səmimi şəkildə zövq alıram. Artıq şəhəri tanımağa başlamışam və deyə bilərəm ki, buranı bəyənirəm. Çox yaxşı şəhərdir.

    – “Bukovina”da əsas məqsəd və ambisiyaların nələrdir? Klub azarkeşlərinə hansı mesajı çatdırmaq istəyərdin?
    – Əvvəla, burada olduğum üçün çox xoşbəxtəm. Mənim əsas məqsədim komandaya kömək etməkdir. Ümid edirəm ki, komanda da mənə kömək edəcək. Mən hücumçuyam və işim qol vurmaq, komanda yoldaşlarıma assist etməkdir. Azarkeşlərə isə bir söz demək istəyirəm: sizin dəstəyiniz bizim üçün düşündüyünüzdən daha böyük əhəmiyyət daşıyır. Oyunlarımıza gəlin, həm evdə, həm də səfərdə bizi dəstəkləyin. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, tribunalar öz enerjisini komandaya ötürəndə və futbolçuları bütün oyun boyunca dəstəkləyəndə komanda daha çox qələbə qazana bilir!

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanda bu beynəlxalq yarış ilk dəfə keçiriləcək

    15.10.2026 18:26:04

    "Səbail" və "Xankəndi"dən qələbə, "Mingəçevir" uduzdu

    15.10.2026 17:39:34

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42

    "Mahir hər keçən oyunda sanki sönür" - Polşa mətbuatı

    15.10.2026 12:22:49

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved