Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Rafael Ağayev və Tofiq Musayev əfsanədir" – Rafael Fiziyev
    28.06.2026 00:22:09

    "UFC Fight Night 280" turnirində meksikalı Manuel Toresə nokautla qalib gələn azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev mətbuat konfransına çıxıb.

    Prosport.Az-ın əməkdaşının da iştirak etdiyi konfransda tanınmış idmançıya aşağıdakı suallar verilib.

    – Döyüşə girməzdən əvvəl atanızla danışmışdınız? Əgər belədirsə, xüsusi nə danışmışdınız?
    – Atam az danışandır. O mənim üçün həyəcan keçirib, gecələri yatmayıb. Yəqin həftədə 3 qutu siqaret çəkib...

    – 2-ci raund çox sürətli alındı. Bu sizin planınız idi? 
    – İlk raunddan sonra rəqib barmağı ilə gözümə vurdu. Ondan sonra heç nə görmürdüm. Sol gözümü açanda hər şey bulanıq idi. Lakin dedim bir dənə ona vurum və bu, işə yaradı.

    – Bakıda möhtəşəm qələbə, yoxsa 100 minlik bonus yaxşıdır?
    – Əlbəttə, ikisi də.

    – Tanınmış kikboksçumuz Alim Nəbiyevi sizin yanınızda görürük. Bu, Azərbaycan publikasına hesablanmış addım idi, yoxsa bundan sonra onu sizin yanınızda görəcəyik?
    – Alim mənim qardaşımdır. Mən hardayamsa, o da orada olacaq.

    – Sizdən başqa, karate üzrə beşqat dünya çempionumuz Rafael Ağayev də var. Ümumiyyətlə, Bakıya gəldiyiniz zaman onunla görüşmüsünüz?
    – Onu yaxşı tanıyıram. Rafael bir əfsanədir. Onun karate üslubunu çox bəyənirəm. Təbii ki, onunla görüşmüşük. 

    – Etiraf edək ki, sizin UFC-də reytinqdə yüksək yerdə olmağınız və ABŞ-də yaşayan Nazim Sadıxovun UFC-yə düşməsi bu mötəbər yarışı Bakıya gətirdi. Siz Nazimlə birgə gələcək üçün ABŞ-də azərbaycanlılar üçün MMA Akademiyası açmağı düşünmürsünüz?
    – Bizim UFC-də Tofiq Musayev, Fərman Həsənov və Tahir Abdullayev də var. Niyə ABŞ-də, elə bunu Azərbaycanda etməyək?! Biz bunu burada edəcəyik.

    – 4 azərbaycanlıdan 3-ü qalib gəldi. Uduzan Nazim Sadıxova nə dediniz?
    – Onu 2017-ci ildən tanıyıram. O, döyüşəndə mən hazırlıq keçirdim. Onun uduzmağına məyus oldum. Ancaq əminəm ki, o yenidən geridönüş edəcək. Tofiq Musayevi çox sevirəm, o, mənim qardaşımdır. Bir əfsanədir. Çox adam soruşdu ki, niyə onun qələbəsini storidə paylaşmamışam? Gözləyirəm ki, nə vaxt onu görsəm, qucaqlayım.

    Səbuhi Musa 

    Boks

    Bu federasiyaya yeni baş katib təyin olundu

    16.11.2026 20:15:01
    Döyüş növləri

    Karateçilərimiz Tbilisidə 23 medal qazandılar

    16.11.2026 15:48:03
    Boks

    Avropa çempionatı: 2 boksçumuz startda erməni ilə qarşılaşa bilər

    16.11.2026 11:20:15
    Boks

    Milli Paralimpiya Komitəsindən yeni tanınan federasiyaya gəldi

    14.11.2026 09:07:20
    Boks

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    13.11.2026 14:41:21
    Kikboksinq

    DSX mayoru bu il 3-cü medalını qazandı – FOTOLAR

    13.11.2026 13:58:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Basketbol millimiz İslandiyaya böyük fərqlə uduzdu

    18.11.2026 01:45:44

    “Bütün komandadan razıyam” - Rui Jorje

    17.11.2026 23:28:32

    İdmançılarımız Türkiyədə birinci oldular

    17.11.2026 22:49:08

    Cüdoçumuz dünya çempionatına lider kimi qatılacaq

    17.11.2026 22:17:25

    Millimizin gücü Farer adalarına çatdı

    17.11.2026 21:47:10

    U-20 millimiz İraqın qapısına qol vura bilmədi

    17.11.2026 21:17:55

    Azərbaycanlı bombardir Superliqa klublarının hədəfində

    17.11.2026 20:45:34

    Toral Bayramov Mahir Emreli ilə eyni komandada?

    17.11.2026 20:18:28

    Azərbaycan çempionatında təxirə salınmış oyunların vaxtı bilindi

    17.11.2026 19:54:03

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55

    Millimiz Omana 2-ci oyunda da qalib gəldi

    17.11.2026 18:56:34

    Azərbaycan - İraq: HEYƏTLƏR

    17.11.2026 18:13:52

    Azərbaycanlı məşqçi 2-ci dəfə Avropanın ən yaxşısı oldu

    17.11.2026 17:48:14

    "Araz-Naxçıvan"ın legioneri zədədən sonra məşqlərə başladı

    17.11.2026 17:19:44

    II Liqada XI tura yekun vuruldu

    17.11.2026 16:51:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved