Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Azərbaycan EYOF-da ilk medallarını qazandı – FOTO
    25.07.2023 22:27:40

    Azərbaycan komandası Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalında ilk medallarını qazanıb.

    Prosport.Az xəbər verir ki, komandamızın aktivinə medalları cüdoçularımız yazdırıb. Belə ki, festivalın bu gün start götürən cüdo yarışlarında 3 cüdoçumuz tatami üzərinə çıxıb ki, onlardan da 2-si çıxışını bürünc medalla başa vurub.

    Təmsilçilərimizdən ilk olaraq Nihad Məmişov (-50 kq) fəxri kürsüdə yer alıb. Mübarizəyə ermənistanlı Hayk Darbinyan üzərində qələbə ilə başlayan idmançımız növbəti mərhələdə Şota Baçaşvili (Gürcüstan) ilə qarşılaşıb. Təəssüf ki, idmançımız bu görüşdə rəqibinə uduzub. N.Məmişov 3-cü yer uğrunda görüşdə italiyalı Françesko Krokiani ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə qalib gələn Nihad Məmişov Maribor-2023-ün bürünc medalına sahib çıxıb.

    Komandamıza digər bürünc medalı isə Ayxan Mirzəzadə (-55 kq) qazandırıb. O, 1/8 finalda isveçli cüdoçu Samir Pabloskiyə, növbəti mərhələdə isə niderlandlı Luka Riçardsona qalib gəlib. Lakin idmançımız yarımfinalda gürcüstanlı cüdoçu Merabi Samadaşviliyə məğlub olub. Yeniyetmə cüdoçumuz bürünc medal uğrunda görüşdə polşalı Yan Kolondraya qalib gələrək 3-cü yerə sahib çıxıb.

    Qızların mübarizəsində isə Məryəm Bayramzadə (-44 kq) çıxışını medalsız başa vurub. İlk görüşdə Böyük Britaniya təmsilçisi Eva Evinqə qalib gələn Məryəm növbəti mərhələdə belçikalı Lena Antuana məğlub olub. Mübarizəsini təsəlliverici görüşdə davam etdirən cüdoçumuz bu mərhələdə erməni əsilli Avstriya təmsilçisi Tatevik Minasyanla qarşılaşıb. Təəssüf ki, idmançımız bu qarşılaşmada da məğlub olaraq 7-ci yerlə kifayətlənib.

    Qeyd edək ki, cüdo üzrə yığma komandamız yarışda 12 (8 oğlan, 4 qız) cüdoçu ilə təmsil olunur.

    Onu da bildirək ki, bu nəticədən sonra Azərbaycan medal sıralamasında 16-cı sırada qərarlaşıb. 1-ci sırada İspaniya (2 qızıl, 1 bürünc), 2-ci yerdə Gürcüstan (2 qızıl) və 3-cü pillədə İtaliyadır (1 qızıl, 4 gümüş, 1 bürünc).

    Cüdo

    2 multiidman yarışına nəzər: Cüdoçular yenə idmanımızı rüsvayçılıqdan qorudu

    3.08.2025 09:48:52
    Avropa Gənclər Olimpiya Festivalı

    Cüdoçularımızın EYOF-da uğurlu çıxışına nəzər

    2.08.2025 09:19:25
    Digər idman növləri

    EYOF-da 52 idmançı ilə 16-cı olduq

    27.07.2025 11:04:29
    Multiidman yarışları

    Azərbaycan cüdoçuları EYOF-da liderliyini qoruyur

    25.07.2025 09:04:45
    Avropa Gənclər Olimpiya Festivalı

    Cüdo millimiz son gündə də Azərbaycana medal qazandırdı – EYOF

    29.07.2023 21:37:35
    Cüdo

    EYOF: Azərbaycan cüdoda daha 2 medal qazanıb lider oldu – FOTOLAR

    28.07.2023 22:58:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Dinamo"nun oyunu "Qarabağ"a görə təxirə salına bilər

    3.08.2026 23:14:09

    "Şaxtyor" "Qəbələ"nin sabiq futbolçusundan imtina etdi

    3.08.2026 22:49:22

    Azərbaycan çempionatının püşkü atıldı

    3.08.2026 22:15:12

    Nəriman Axundzadə ABŞ klubunu Superliqa təmsilçisinə dəyişir

    3.08.2026 21:50:29

    Rusiya klubu Şeydayevin transferini açıqladı

    3.08.2026 21:16:40

    "Sumqayıt" yoxlama oyununda məğlub oldu

    3.08.2026 20:35:29

    Həsrət Cəfərov liderliyini qorudu

    3.08.2026 19:52:14

    "Turan Tovuz" Türkiyə toplanışını qələbə ilə başa vurdu

    3.08.2026 19:05:09

    "Qarabağ" güclü və çətin rəqibdir, amma onları keçməliyik" - "Dinamo Kiyev"in futbolçusu

    3.08.2026 18:45:19

    Millimizin üzvü Çində 1-ci oldu

    3.08.2026 18:16:57

    "Neftçi"yə yunan baş məşqçi təyin olundu

    3.08.2026 17:44:54

    "Sumqayıt"da braziliyalı hücumçu - VİDEO

    3.08.2026 17:27:13

    "Zirə"də sürpriz ayrılıq: Müqaviləyə xitam verildi

    3.08.2026 16:35:04

    Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibi bəlli oldu - YENİLƏNİB + FOTO

    3.08.2026 16:23:40

    Rahid Əmirquliyev yenidən "Səbail"də - VİDEO

    3.08.2026 15:46:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved