Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Avropa Gənclər Olimpiya Festivalı
    Cüdoçularımızın EYOF-da uğurlu çıxışına nəzər
    2.08.2025 09:19:25

    İyulun 20-dən 26-dək Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Yeniyetmələrinin XVIII Yay Olimpiya Festivalı (EYOF) baş tutdu. 

    Prosport.Az xəbər verir ki, Azərbaycanı bu turnirdə 8 idman növü üzrə 52 idmançı (28 oğlan və 24 qız) təmsil etdi. Azərbaycan idmançıları turniri 3 qızıl, 3 gümüş və 4 bürünc olmaqla ümumilikdə 10 medalla başa vurdu və medal sıralamasında 49 ölkə sırasında 16-cı pillədə qərarlaşdı. Azərbaycanın 10 medalından 8-i cüdoçuların payına düşür. Skopyeyə yollanan 12 cüdoçumuzdan 8-i vətənə medalla dönməyi bacardı.

    Turnirin ilk günü müvafiq olaraq 50 və 55 kq çəki dərəcələrində çıxış edən Rza Xəlili və Rəsul Əlizadə, həmçinin 40 kq çəki dərəcəsində çıxış edən Gülşən Hüseynova mübarizə apardı.

    Respublika Olimpiya İdman Liseyinin yetirməsi olan Rza Xəlili il ərzində Hövsanda U-18 Azərbaycan çempionatında, həmçinin Avropa Kubokunun Tbilisi və Quba mərhələlərində bürünc medallara sahib olmuşdu. Finala gedən yolda Xəlili Şimali Makedoniya, Macarıstan və Böyük Britaniya cüdoçuları üzərində qələbələr qazandı. Həlledici görüşdə 16 yaşlı Rza Xəlili ispaniyalı rəqibinə qalib gəldi və EYOF turnirinin qalibi oldu. Bu, Xəlilinin nüfuzlu beynəlxalq turnirlərdə ilk uğuru idi.

    55 kq çəki dərəcəsində çıxış edən Rəsul Əlizadə isə hələ əvvəldən turnirin əsas favoriti hesab olunurdu. Şuşa UGİM-in yetirməsi il ərzində U-18 Azərbaycan çempionatının və Avropa Kubokunun Teplitse (Çexiya) mərhələsinin qalibi, Quba mərhələsinin finalçısı, həmçinin iyunda elə Skopye şəhərində yeniyetmələr arasında Avropa çempionatının qızıl medalına sahib olmuşdu. Əlizadə turnirin 1/4 final mərhələsində italiyalı rəqibinə ipponla, yarımfinal mərhələsində isə isveçrəli rəqibinə vaza-ari ilə qalib gələrək final görüşünə adladı. Bu görüşdə Əlizadənin rəqibi Xorvatiya nümayəndəsi Kristian Butuçi oldu. İdmançımız həmin rəqibinə apreldə Teplitsedəki Avropa Kubokunda qalib gəlmişdi. Bu dəfə də Rəsul Əlizadə rəqibi üzərində vaxtından əvvəl ipponla qələbə qazandı və Azərbaycana EYOF-da 2-ci qızıl medalı qazandırdı.

    Həmin gün 40 kq çəki dərəcəsində çıxış edən Gəncə şəhər 1 nömrəli UGİM-in yetirməsi Gülşən Hüseynova da medala iddialı idi. Hüseynova turnirdən 1 ay əvvəl – iyunda Skopyedə yeniyetmələr arasında Avropa çempionatını bürünc medalla başa vurmuşdu. Hüseynova turnirin 1/4 final mərhələsində Böyük Britaniya təmsilçisinə vaza-ari, yarımfinal mərhələsində isə Türkiyə cüdoçusuna ipponla qalib gələrək həlledici görüşə adladı. Final görüşündə onun rəqibi israilli Yuval Qabay oldu. Hüseynova həmin rəqibinə martda Poreçdə (Xorvatiya) baş tutan beynəlxalq turnirdə məğlub olmuşdu. Lakin bu dəfə Gülşən rəqibindən revanş almağı bacardı. Qabay üzərində ipponla inamlı qələbə qazanan 18 yaşlı Gülşən Hüseynova turnirin qalibi oldu və Azərbaycana sayca 3-cü qızıl medalı qazandırdı.

    Turnirin 2-ci günündə isə 60 kq çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov, həmçinin müvafiq olaraq 48 və 52 kq çəki dərəcələrində çıxış edən Nuranə Hacızadə və Aysun Məmmədova mübarizə apardı.

    “Cudo Klub 2012”nin yetirməsi Zeyd Ələsgərov turnirin əsas favoritlərindən biri hesab olunurdu. Ələsgərov il ərzində U-18 Azərbaycan çempionatının, həmçinin Avropa Kubokunun Samorin və Quba mərhələlərinin, habelə yeniyetmələr arasında Avropa çempionatının qalibi olmuşdu. O, turnirdə əvvəlcə italiyalı və çex rəqibləri üzərində ipponla inamlı qələbələr qazandı. Finala gedən yolda Zeyd Gürcüstan cüdoçusuna vaza-ari ilə qalib gəldi və həlledici görüşə adladı. Final görüşündə isə Ələsgərovun rəqibi əslən azərbaycanlı olan ukraynalı Xəzər Heydərov oldu. Uğurlu seriyanı davam etdirməyi hədəfləyən Ələsgəov bu görüşdə rəqibinə məğlub oldu və EYOF turnirinin gümüş medalı ilə kifayətləndi.

    Qızların 48 kq çəki dərəcəsində çıxış edən 17 yaşlı Nuranə Hacızadə il ərzində Avropa Kubokunun Quba mərhələsinin qalibi olmuşdu. Hacızadə əvvəlcə serbiyalı rəqibinə ipponla, ardınca isə moldovalı rəqibinə vaza-ari qalib gələrək turnirin yarımfinal mərhələsinə adladı. Bu mərhələdə Macarıstan cüdoçusuna da ipponla qalib gələn Nuranə həlledici görüşə adladı. Final görüşündə Nuranə Hacızadə fransalı rəqibinə məğlub olub gümüş medalın boynundan asılmasına razılaşdı.

    Həmin gün son olaraq 52 kq çəki dərəcəsində çıxış edən 17 yaşlı Aysun Məmmədova mübarizə apardı. Məmmədova mövsüm ərzində Avropa Kubokunun Poreç mərhələsinin qalibi, Quba mərhələsinin isə bürünc medalçısı olmuşdu. Aysun ilk görüşdə ukraynalı rəqibinə qalib gəlsə də, növbəti mərhələdə almaniyalı cüdoçuya məğlub oldu və mübarizəni təsəlliverici yarışda davam etdirdi. Burada o əvvəlcə niderlandlı, ardınca isə xorvatiyalı rəqiblərinə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Fransa nümayəndəsi Alise Lopez oldi. Rəqib iyunda yeniyetmələr arasında Avropa çempionatını gümüş medalla başa vurmuş idmançı idi. Bununla belə, Aysun Məmmədova təcrübəli rəqibi üzərində ipponla qələbə qzanaraq EYOF turnirinin bürünc medalına sahib oldu.

    Turnirin 3-cü günündə 73 kq çəki dərəcəsində çıxış edən 17 yaşlı Məhəmməd Ağakişiyev mübarizə apardı. Ağakişiyev mayda Avropa Kubokunun Quba mərhələsini bürünc medalla başa vurmuşdu. Turnirin startında o əvvəlcə Ermənistan nümayəndəsi, ardınca isə İsrail cüdoçusu üzərində ipponla qələbə qazanaraq yarımfinal mərhələsinə adladı. Bu mərhələdə o, gürcüstanlı Vasili Qamezardaşvili ilə üz-üzə gəldi. Nəticədə Ağakişiyev U-18 Avropa çempionatının bürünc medalıçısı olan rəqibinə məğlub oldu. Bürünc medal uğrunda görüşdə isə Məhəmməd Ağakişiyev Belarusu təmsil edən cüdoçu üzərində qələbə qazanaraq EYOF-u bürünc medalla başa vurdu.

    Turnirin sonuncu – 4-cü günündə isə +90 kiloqram çəki dərəcəsində çıxış edən Sübhan Axundov mübarizə apardı. Sübhan Axundov il ərzində Avropa Kuboklarının Samorin (Slovakiya), Teplitse və Quba mərhələlərini gümüş və bürünc medallarla başa vurmuş, həmçinin ötən il Bolqarıstanda U-18 Avropa çempionatının finalçısı olmuş təcrübəli cüdoçudur. Axundov əvvəlcə italiyalı rəqibinə ipponla qalib gəlsə də, ardınca fransalı cüdoçuya məğlub olaraq mübarizəsini təsəlliverici yarışda davam etdirdi. Burada bir-birinin ardınca Belarus və Bosniya və Herseqovina cüdoçusuna ipponla qalib gələn Sübhan Axundov həlledici görüşə adladı. Bu görüşdə onun rəqibi çexiyalı Meliçar Şkoda oldu. Axundov həmin rəqibinə apreldə məğlub olmuşdu. Bu səfər isə gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Sübhan Axundov rəqibi üzərində vaza-ari ilə qalib gələrək EYOF turnirinin bürünc medalına sahib oldu.

    Komanda turnirində isə Azərbaycan cüdoçuları uğur qazana bilmədilər. Turnirin təsnifat mərhələsində Azərbaycan komandası Yunanıstana 4:0 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində İsrail komandasına gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 3:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni erkən başa vurdu.

    Bununla da yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığması Avropa Yeniyetmələrinin XVIII Yay Olimpiya Festivalını (EYOF) 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdu. Medal sıralamasında Azərbaycan cüdoçuları yalnızca son anda komanda turnirində qələbə qazanaraq liderliyi ələ keçirən Serbiyadan geri qaldı (4-0-2). Müqayisə üçün bildirək ki, 2023-cü ildə Sloveniyanın Maribor şəhərində baş tutan analoji turnirdə Azərbaycan cüdoçuları turniri 10 medalla (3-3-4) ilk pillədə tamamlamışdı.

    Cəlal Cavad

    Döyüş növləri

    Azərbaycanı 2026-cı ildə gözləyən mötəbər yarışlar – SİYAHI

    5.01.2026 09:28:38
    Multiidman yarışları

    Azərbaycan ötən il dünya və Avropa çempionatlarından 40 medal gətirib – ARAŞDIRMA

    4.01.2026 16:39:36
    Multiidman yarışları

    İlham Əliyev İslamiadanın medalçılarını mükafatlandırdı - MƏBLƏĞ

    26.11.2025 15:51:06
    Multiidman yarışları

    Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarını 59 medalla başa vurdu

    21.11.2025 18:33:38
    Güləş

    İslamiadanın bağlanış mərasimində bayraqdarlarımız kimlər olacaq?

    21.11.2025 13:00:39
    Multiidman yarışları

    Sablya yığmamız İslamiadanın qalibi oldu

    20.11.2025 21:29:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti

    19.01.2026 16:11:24

    Azərbaycandan ayrıldı, 7 ay klubsuz qaldı

    19.01.2026 15:45:52

    Çempionlar Liqası: "Qarabağ"ın oyununa satılmış bilet sayı açıqlandı

    19.01.2026 15:14:46

    Azərbaycan çempionatında əcnəbi hakimlər

    19.01.2026 14:52:07

    Millimizin üzvləri müxtəlif testlərdən keçdilər

    19.01.2026 14:12:56

    "Qarabağ" - "Ayntraxt" oyununun hakimləri bilindi

    19.01.2026 13:37:01

    "Ayntraxt"ın Bakıda oyunöncəsi məşqi və mətbuat konfransı olmayacaq

    19.01.2026 13:10:00

    "Neftçi"dən darmadağın, "Zirə"dən səfər qələbəsi

    19.01.2026 12:35:27

    "Qarabağ"ın futbolçusu Superliqa klubunun hədəfində

    19.01.2026 12:13:10

    "Nani mübaliğəsiz futbol əfsanəsidir" - Şahruddin Məhəmmədəliyev

    19.01.2026 11:40:34

    Gəncədə yeni cüdo zalı fəaliyyətə başladı - FOTOLAR

    19.01.2026 11:02:47

    "Araz-Naxçıvan" sloveniyalı futbolçu ilə maraqlanır

    19.01.2026 10:43:48

    Azərbaycandan təklif aldı, Qazaxıstanı seçdi

    19.01.2026 10:12:09

    Azərbaycan Basketbol Liqasında XIII tura yekun vuruldu

    18.01.2026 21:09:52

    "Sabah" növbəti qələbəsini qazandı

    18.01.2026 18:05:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved