Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Universitet Oyunları
    2 multiidman yarışına nəzər: Cüdoçular yenə idmanımızı rüsvayçılıqdan qorudu
    3.08.2025 09:48:52

    Azərbaycan ötən ay 2 multiidman yarışında iştirak etdi. Bunlardan biri Almaniyanın Reyn-Rur bölgəsində keçirilən tələbə idmançıların XXXII Dünya Yay Universitet Oyunları (keçmiş adı ilə Universiada) idisə, digəri Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutan XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) idi.

    Prosport.Az bu yarışlarda qazanılan nəticələri araşdırıb.

    Universitet Oyunlarına nəzər

    16-27 iyul tarixlərində Almaniyanın Boxum, Duysburq, Esn (Essen), Haqn (Hagen), Mülhaym şəhərləri və paytaxt Berlində baş tutan Universiadada su idman növləri (suya tullanma, üzgüçülük, su polosu), kamandan oxatma, atletika, badminton, basketbol (klassik, 3x3 və əlil arabasında basketbol), qılıncoynatma, gimnastika (idman və bədii gimnastika), cüdo, avarçəkmə, stolüstü tennis, taekvondo, tennis və voleybol (çimərlik və klassik voleybol) üzrə yarışlar baş tutdu.

    113 ölkədən (yalnız İran viza ala bilmədiyi üçün iştirak edə bilmədi) 9047 idmançının qatıldığı yarışda Azərbaycan 12 idman növündə (atletika, badminton, kamandan oxatma, çimərlik voleybolu, bədii gimnastika, taekvondo, kanoe və avarçəkmə, üzgüçülük, stolüstü tennis, tennis, cüdo və qılıncoynatma) təmsil olundu. 71 idmançımız burada yarışdı. Göründüyü kimi, Azərbaycan məşhur idman növlərindən yalnız idman gimnastikası və basketbolda (3x3 basketbolu ilk dəfə Universiadanın proqramına salınmışdı) mübarizə aparmadı.

    Azərbaycan bu yarışda cəmi 4 medal qazandı. 2 qızıl və 2 gümüş medaldan ibarət olan bu nəticə Azərbaycanı sıralamada yalnız 24-cü edə bildi. Yaponiya (34-21-24) 1-ci, Çin (30-27-17) 2-ci, ABŞ (28-27-29) isə 3-cü oldu.

    Medallar isə yalnız 2 idman növünün – gimnastika və cüdonun payına düşdü. Bədii gimnastika üzrə Yelızaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadədən ibarət qrup hərəkətləri komandası çoxnövçülük və 5 lentlə hərəkətlərdə qızıl, 3 top + 2 halqa ilə hərəkətlərdə isə gümüş medal qazandı. Bədii gimnastikanın medal sıralamasında Azərbaycan bu nəticə ilə 2-ci, ümumi gimnastikanın (idman gimnastikası da daxil) sıralamasında isə 4-cü oldu (Rusiya və Belarus idmançılarından ibarət Fərdi Neytral Atletlərin nəticələri medal sıralamasında nəzərə alınmır).

    Güləş olmadığından (ümumiyyətlə, 1959-cu ildən keçirilən Universiadada güləş cəmi 5 dəfə proqramda olub, sonuncu dəfə 2013-cü ildə Kazanda (Rusiya) yer alıb), medal ümidlərimiz 13 idmançımızın (7 kişi, 6 qadın) çıxış etdiyi cüdoya idi. Lakin bunlardan yalnız ən tanınmış idmançımız Elcan Hacıyev (90 kq) medal qazana bildi. Ötən ilin Avropa çempionu, bu ilin dünya bürünc medalçısı Elcan finalda cənubi koreyalı Kim Conq-huna uduzaraq gümüş medalla kifayətləndi.

    Bəs 2023-cü ildə Çinin Çendu şəhərində baş tutmuş XXXI Dünya Yay Universitet Oyunlarında hansı nəticə ilə yadda qalmışdıq? Onda qızıl medalsız qalan Azərbaycan 3 gümüş və 6 bürünc medalla 38-ci olmuşdu. Halbuki onda Azərbaycan bundan da çox – 87 idmançı ilə yarışa qatılmışdı. Deməli, nəticəni qənaətbəxş hesab etmək olar. Ancaq bədii gimnastikada qazanılan 2 qızıl medal 10 idman növündə turist kimi Almaniyaya aparılan idmançıların və onlara cavabdeh federasiyaların məsuliyyətini azaltmamalıdır. 2019-cu ildə İtaliyanın Neapol şəhərində 2 qızıl, 3 gümüş və 2 bürünc medalla 18-ci olmağımız unudulmamalıdır (ən yüksək medal sıralamamızdır). 

    2017-ci ildə Tayvanda keçirilmiş yarışda isə cəmi 19 idmançı ilə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmışdıq (24-cü olmuşduq). 2015-ci ildə Çinin Kvancu şəhərindəki Universiadada 8 idmançı ilə 2 qızıl, 1 bürünc medalla 27-ci sıra Azərbaycana məxsus olmuşdu. Ən çox medal qazandığımız Universiada isə 2013-cü ildə 81 idmançı ilə qatıldığımız Kazan Universiadası olub. Onda 14 medalla (3-4-7) 22-ci ola bilmişdik.

    2011-ci ildə (2 gümüş medal) Çinin Şençjen şəhərində 45-ci yeri tutmuşduq. Bundan 2 il əvvəl isə Serbiyanın paytaxtı Belqrada 18 idmançı ilə yollansaq da, 2 qızıl medalla 28-ci olmuşduq. 2007-ci ildə Tailandın paytaxtı Banqkokda 1 qızıl medalla 45-ci yeri Azərbaycan tutmuşdu. Qardaş ölkə olan Türkiyənin İzmir şəhərində 2005-ci ildə baş tutan Universiadada zəif nəticə qeydə alınıb: 2 bürünc medalla 55-ci yer. Ancaq 2003-cü ildə Cənubi Koreyanın Tequ şəhərində ümumiyyətlə medal qazana bilməmişik. 2001-ci ildə Pekində 1 gümüş medalla 38-ci yeri tutmuşuq. Fukuoka-1995 (Yaponiya), Siciliya-1997 (İtaliya), Palma-1999 (İspaniya) Universiadalarında isə medal qazanmaq qismət olmayıb.

    2 il sonra isə yarış 2003-cü ildə medal qazana bilmədiyimiz sonuncu yarış kimi tarixə düşən Cənubi Koreyada keçiriləcək. Bu dəfə yarış Çunçondo regionunda baş tutacaq.

    EYOF-a nəzər

    21-26 iyul tarixlərində isə Şimali Makedoniyanın paytaxtı Skopyedə (31 iyul 2023-cü ilədək Çexiyanın Brno şəhərində baş tutmalı idi), eləcə də 2-ci ən böyük şəhəri olan Kumanovo və Xorvatiyanın Osiyek şəhərində EYOF baş tutdu. 13 idman növü – idman gimnastikası, atletika, badminton, basketbol, kanoe slalom, velosiped, həndbol, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və voleybol üzrə yarışlar keçirildi. Kanoe, atıcılıq və taekvondo EYOF-da debüt edirdi. Basketbol isə ilk dəfə eyni zamanda həm klassik, həm də 3x3 formatında keçirilirdi.

    Rusiya idmançılarının buraxılmadığı, belarusluların isə Belarus Milli Olimpiya Komitəsi kimi yarışdığı XVIII EYOF-da Avropanın 49 ölkəsindən 4 minə yaxın idmançı iştirak edirdi. Festivalda Azərbaycan komandası ümumilikdə 9 idman növündə (yalnız kanoe slalom və komanda idman növləri olan basketbol, həndbol və voleybolda təmsil olunmurduq) 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunurdu. Azərbaycan idmançıları yarışı 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurdu.

    Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) qazandırdı. Cüdo üzrə Nuranə Hacızadə (48 kq), Zeyd Ələsgərov (60 kq) və güllə atıcılığı üzrə Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medalla kifayətləndi. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (52 kq), Məhəmməd Ağakişiyev (73 kq), Sübhan Axundov (+90 kq) və taekvondoçu Yunis Hüseynov (73 kq) qazandı.

    Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 16-cı yeri tutdu. 50 (19 qızıl, 19 gümüş, 12 bürünc) medal qazanan İtaliya komandası 1-ci, Fransa 15 qızıl, 18 gümüş, 5 bürünc medalla 2-ci İspaniya 10 qızıl, 11 gümüş, 12 bürünc medalla 3-cü oldu.

    Göründüyü kimi, 10 idman növündə təmsil olunsaq da, cəmi 3-də medal qazana bildik. Xüsusən güləşin yoxluğunda (Bakıda 2019-cu ildə keçirilmiş EYOF-dan sonra güləş proqrama salınmayıb) cüdoda 3 qızıl, 2 gümüş və 3 bürünc medal komandamızı irəli apardı. Paris Olimpiadasında olduğu kimi. Hətta yarışın cüdo üzrə medal sıralamasında Azərbaycan hamıdan çox medal qazansa da, yalnız Serbiyanın 1 qızıl çox alması (4-0-2) bizi 2-ci etdi. 12 cüdoçudan (6 oğlan, 6 qız) 8-nin medal qazanması çox yaxşı göstəricidir.

    Bəs 2 il əvvəl Sloveniyanın Maribor şəhərində keçirilmiş analoji yarışda neçənci olmuşduq? Daha az idmançı ilə – 36 atletlə qatılıb bu qədər sayda (10) medal qazanmışdıq. Çox maraqlıdır ki, onda da medal əyarı eyni idi – 3 qızıl, 3 gümüş və 4 bürünc medal. Bu dəfə bütün medalları cüdoçularımız qazanmışdı. Lakin yekun sıralamamız daha yaxşı olmuşdu – 13-cü yer!

    2022-ci ildə Banska Bıstritsada (Slovakiya) 33 idmançı ilə yarışıb, 18-ci olmuşduq (2-4-2). Təbii ki, ən çox idmançı ilə qatılıb, ən yüksək nəticə göstərdiyimiz yarış 2019-cu ildə Bakıda olub: 10 qızıl, 7 gümüş, 6 bürünc medal və 4-cü yer.

    2017-ci ildə Dyördə (Macarıstan) 1 gümüş və 1 bürünc medalla 33-cü, 36 idmançı ilə qatıldığımız Tbilisi-2015-də 2 qızıl, 1 gümüş və 2 bürünc medalla 22-ci olmuşduq. 2013-cü ildə Utrextdə (Niderland) 2 qızıl, 1 bürünc medalla 18-ci, Trabzon-2011-də 1 qızıl, 2 gümüş medalla 23-cü, 2009-cu ildə Tamperedə (Finlandiya) 2 qızıl, 1 gümüş, 1 bürünc medalla 19-cu, 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda 7 qızıl medalla 6-cı (sonradan Türkiyəni təmsil edəcək Ramil Quliyev 100 və 200 metr məsafələrə qaçışda qızıl medallar qazanmışdı), 2005-ci ildə Linyano Sabbiadoroda (İtaliya) 2 qızıl, 4 bürünc medalla 19-cu, Paris-2003-də 2 gümüş, 3 bürünc medalla 29-cu, 2001-ci ildə Mursiyada (İspaniya) 2 gümüş, 2 bürünc medalla 30-cu olmuşuq.

    1999-cu ildə Danimarkanın Espya (Esbjerg) şəhərində keçirilən, Avropa Gənclər Yay Olimpiya Günləri kimi adlandırılan son yarışda 4 bürünc medalla 34-cü yeri tutmuşuq. 1997-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda medalsız qalmışıq. Bundan 2 il əvvəl Böyük Britaniyanın Bas (Bath) şəhərində 1 gümüş medalla 31-ci, 1993-cü ildə Niderlandın Folkensvaard şəhərində 1 qızıl, 2 gümüş və 1 bürünc medalla 17-ci olmuşduq. Ölkəmiz həmin vaxt müstəqil olmadığından, yalnız 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldəki yarışda iştirak edə bilməyib.

    Səbuhi Musa

    Cüdo

    2 multiidman yarışına nəzər: Cüdoçular yenə idmanımızı rüsvayçılıqdan qorudu

    3.08.2025 09:48:52
    Cüdo

    Universiada: Cüdoçularımız fərdi yarışları 1 medalla başa vurdu

    25.07.2025 22:56:22
    Universitet Oyunları

    Azərbaycan Universiadada 3-cü medalını qazandı

    19.07.2025 20:16:02
    Universitet Oyunları

    Azərbaycanın Universiadada ilk medalı qızıl oldu

    18.07.2025 22:08:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA Ayxan Abbasova 1, Saşa İliçə 4 oyunluq cəza verdi

    4.12.2025 13:16:05

    "Bakıda çox varlanmışdım" - Sabiq "Neftçi"li

    4.12.2025 12:44:39

    "Sumqayıt" yeni transferini açıqladı

    4.12.2025 12:08:54

    "Bu amil "Neftçi" ilə bağlı qərar verməyimi asanlaşdırdı" - Vensan Abubakar

    4.12.2025 11:45:02

    Azərbaycan çempionu Portuqaliyaya 13 oyunçu ilə yollandı - ADLAR

    4.12.2025 11:15:50

    "Qarabağ"ın sabiq futbolçusu Braziliya çempionu oldu

    4.12.2025 10:49:18

    Azərbaycanda cüdo yarışları bu telekanalda yayımlanacaq

    4.12.2025 10:27:25

    Azərbaycan Kubokunda 1/4 finalın son iştirakçıları bəlli olur

    4.12.2025 10:00:58

    "Belə vəziyyətlərdə komanda olmaq çətindir" - Gəncə klubunun baş məşqçisi

    4.12.2025 09:00:13

    "Yaxşı oynadığımızı deyə bilmərəm" – "Neftçi"nin baş məşqçisi

    3.12.2025 23:49:50

    "Sanki bizi döyməyə başladılar və biz də buna razılaşdıq" – Baş məşqçi

    3.12.2025 22:37:02

    "Neftçi"dən sürpriz məğlubiyyət

    3.12.2025 22:13:23

    "Keçmişə qayıtmağa ehtiyac yoxdur" – Qurban Qurbanov

    3.12.2025 21:57:08

    "Qarabağ" məcbur edir ki, müdafiə olunasan" – Füzuli Məmmədov

    3.12.2025 21:27:25

    Dünya çempionumuzdan ehtiraslı FOTOLAR

    3.12.2025 21:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved