Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Liqanın səviyyəsi hər mövsüm yüksəlir" - Bakı klubunun legioneri
    18.12.2025 16:10:08

    NTD komandasının basketbolçusu Tay Kokfild klubun mətbuat xidmətinə müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

    - NTD mövsümə o qədər də yaxşı başlamadı, lakin son oyunda "Şəki" üzərində qələbə qazandı. Bu oyun həm də klubdakı ilk matçınız idi. Həmin oyunu, komandanın çıxışını və öz performansınızı necə dəyərləndirirsiniz?

    - Oyun tam gözlədiyimiz kimi keçdi. Meydancaya çıxıb komanda olaraq baxımlı basketbol oynaya bildiyimizi göstərmək istəyirdik. Komanda çox yaxşı çıxış etdi, qələbədə hər bir oyunçunun böyük payı oldu. Bununla belə, xırda detallarda hələ inkişaf etməli olduğumuz məqamlar var. Öz çıxışıma gəldikdə isə, bu uzun fasilədən sonra ilk oyunum idi. Əsas məqsədim oynamaqdan zövq almaq, komanda üçün faydalı olmaq və eyni zamanda bu anın dəyərini bilmək idi.

    - Komanda hazırda "Neftçi" qarşı oyuna hazırlaşır. Hazırlıq prosesi necə gedir və komandadakı ab-hava nə yerdədir?

    - Hazırlıq prosesi yaxşı gedir. Komandada hər kəs eyni məqsəd ətrafında birləşib və öz rolunu mümkün qədər yaxşı yerinə yetirməyə çalışır. Hamımız motivasiyalı və həyəcanlıyıq. Biz inanırıq ki, bu mövsüm xüsusi bir şey edə bilərik.

    - NTD-ni seçməyinizin əsas səbəbi nə oldu?

    - Burada həm sevdiyim işi – basketbol oynamağı davam etdirmək, həm də istənilən şəraitdə lider ola bildiyimi göstərmək üçün böyük fürsət gördüm. Komandanın gənc və potensiallı olduğunu hiss etdim. Bu komandanın irəli gedə biləcəyinə inanıram. Komandamı sevirəm və bu seçimdən məmnunam.

    - Azərbaycan Basketbol Liqasının səviyyəsini necə qiymətləndirirsiniz? Digər klubların oyunlarını izləmək imkanınız olubmu?

    - Azərbaycan Basketbol Liqasının səviyyəsi hər mövsüm yüksəlir və rəqabət getdikcə daha da güclənir. Bu mövsüm liqada hər komandada keyfiyyətli oyunçular var və bu gözləntilərimi tam doğruldub. Liqadakı bütün komandaların oyunlarını izləmişəm və izləmək həqiqətən maraqlıdır. Gələcəkdə liqa daha da inkişaf edəcək.

    Basketbol

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Müsahibə

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Cüdo

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Müsahibə

    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva

    14.11.2026 20:20:30
    Müsahibə

    "Qarabağ"dan ayrılmağı düşünürdüm" - Aleksey Kaşşuk

    13.11.2026 17:43:45
    Voleybol

    "Faiq Qarayev dedi ki, çox üzrlü hesab et" – Ziya Rəcəbov

    11.11.2026 14:40:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved