Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Şəki"ni bu mövsüm pley-offlarda görəcəyik" - Bedri Meriç
    18.10.2024 12:04:37

    "Şəki" basketbol klubunun türkiyəli baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Ötən mövsüm "Gəncə" komandasını çalışdırırdınız. Yeni mövsümdən "Şəki"ni çalışdırırsınız. Bu haqda nə deyə bilərsiniz?
    – "Gəncə" ilə gözəl mövsüm keçirdim. Heyətdə oyunçu çatışmazlığı üzündən, pley-offa düşə bilmədik. "Şəki"ni də ötən mövsümdən tanıyıram. Yeganə qalib gəldikləri matç bizimlə keçirdikləri 2-ci oyun olmuşdu. Həmin məğlubiyyət bizim pley-off şansımızı itirdiyimiz vaxta təsadüf etdi. Amerikalı basketbolçular üçün motivasiya itmişdi deyə, bizim üçün mövsüm sanki başa çatmışdı. Şəkiyə gəldiyimdə də buranı şəhər olaraq sevmişdim. Burada özümüzü rahat hiss edə biləcəyimiz şərait – Olimpiya İdman Kompleksi var. Bir də ki basketbolda şəhərlər çox önəmli deyil. Biz peşəkarıq. Ona görə də işlədiyim yerin Şəki və ya Gəncə olmasının əhəmiyyəti yoxdur. Mən sadəcə işimi görürəm.

    – Bu mövsüm çempionatda limit dəyişikliyi edildi. İndi artıq daha çox legioner oynatmaq imkanı olacaq. Bu, çempionatın səviyyəsini nə dərəcədə qaldıracaq?
    – Çempionatın səviyyəsi qalxacaq. Əvvəla ona görə ki, çempionatda komanda sayı 10-dan 12-yə yüksəldildi. Biz B qrupunda mübarizə aparacağıq. 4+1 sistemi ilə yeni mövsümdə daha səviyyəli legionerlərin klublarda çıxış edəcəyini, daha səviyyəli oyunların baş tutacağını düşünürəm. Məncə, ötən mövsümkü oyunlardakı kimi böyük top fərqli qələbələr olmayacaq. Yerli oyunçular da 1 nəfərlik start heyətə düşmək üçün çalışacaq və özlərini təkmilləşdirmək üçün yaxşı şansları olacağını düşünürəm.

    – "Şəki" çempionata "Quba" ilə oyunla start verəcək. Ötən mövsüm "Cəlilabad" adı ilə çıxış etmiş bu komanda haqqında nə deyə bilərsiniz?
    – Bəli, "Quba" komandasını tanıyıram. Baş məşqçi Şəhriyar Əsgərov və onun köməkçisi Zaur Paşayev oradadır. Zaur haqda danışmağa gərək yoxdur. Azərbaycan millisinə xidmətləri dəymiş, çempionatın ən yaxşı yerli oyunçularından, "guard" mövqeyində çıxış edən biridir. "Quba"nın 4 legioner oyunçu transfer etdiyini bilirəm. Onların içərisində tanıdığım amerikanlar da var. Güclü komandadır, hazırlıq oyunları ilə daha da yaxşı duruma gəldiklərini düşünürəm. Çətin matçla çempionata başlayacağıq. 

    – "Quba" 4 yoxlama oyunu keçirdi, 3 məğlubiyyət və 1 heç-heçə etdi. Bəs "Şəki" niyə yoxlama matçı keçirmədi?
    – Açığı, bizim bir az vaxta ehtiyacımız var. Bizim əcnəbi oyunçular düşərgəyə gec qoşuldu, zədə problemlərimiz oldu, bu səbəbdən də transferlərimizin bəzisi gec alındı. Tam heyətlə bir araya gəlməyimiz gec alındığından, təəssüf ki, yoxlama matçları keçirə bilmədik. Bu bizim üçün mənfi cəhətdir. Ancaq 1-2 matça komandanın çox yaxşı ritmə düşəcəyini düşünürəm.

    – Klub olaraq 8 transferin edildiyini rəsmi olaraq açıqlamışıq. Əcnəbi və yerli oyunçuların səviyyəsi sizi qane edirmi?
    – Yerli oyunçu kimi Türkiyədən Ərcan Donatı transfer etdik. O da Azərbaycan millisinin üzvüdür. Ərcanın bizim komandanı gücləndirəcəyini düşünürəm. Eyni zamanda Azərbaycan millisinin aşağı yaş qrupu üzrə komandalarında çıxış edən oyunçularımız var. Şəkidən olan yerli oyunçularımız da komandada qalır. Hamısından faydalanmağa çalışacağıq. Əcnəbilərə gəlincə, ötən mövsümdən komandada olan nigeriyalı oyunçular bizimlə qalır. Onlardan başqa, 5 yeni əcnəbi transfer etdik. Yeni legionerlərimiz həqiqətən səviyyəli oyunçulardır. Onlar səviyyələri ilə çempionatda öz sözlərini deyəcəklər. Yetər ki, onlara dəstəyimizi davam etdirək. Əminəm ki, gündən-günə daha yaxşı durumda olacaq komanda yaradacağıq. "Şəki"ni bu mövsüm pley-offlarda görəcəyik.

    Basketbol

    Azərbaycan klubu tanınmış legioneri ilə müqaviləni yenilədi

    20.07.2026 12:49:52
    Basketbol

    "Neftçi" "Beşiktaş"ın sabiq oyunçusu ilə gücləndi – FOTO

    19.07.2026 20:39:14
    Top oyunları

    "Neftçi SOCAR" Bakı mərhələsi ilə 1/4 finalda vidalaşdı

    19.07.2026 18:10:57
    Basketbol

    Millimiz mübarizəni dayandırdı

    18.07.2026 20:17:56
    Top oyunları

    Millimiz İsveçrə üzərində əzmkar qələbə qazandı

    17.07.2026 23:43:46
    Top oyunları

    Azərbaycan klubu legioneri ilə yollarını ayırdı

    17.07.2026 14:16:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved