Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Karyeramda yüksəlişdəyəm, millidə oynayacağımı gözləyirdim" – Ozan Kökçü
    16.10.2024 09:53:16

    Millimizin və Finlandiyanın HYK komandasının yarımmüdafiəçisi Ozan Kökçünün Prosport.Az-a müsahibəsi

    – Estoniyaya niyə uduzduq?
    – Bizim Estoniya ilə matçda çox şansımız oldu. Qol vura bilməməkdən əlavə, çox asan toplar buraxdıq. Ona görə də futbolda belə bir qayda var: qol vura bilməzsənsə, sənə vurarlar. Estoniya məğlub etməli olduğumuz qarşılaşma idi. Düzdür, Azərbaycan millisi olaraq heç bir rəqibi məğlub etmək asan deyil. Amma ən azından Estoniyanı məğlub etməyimiz lazım idi.

    – Nə Estoniya, nə də Slovakiya ilə oyunda 1 dəqiqə də meydanda olmadınız. Halbuki hazırda klubunla avrokuboklarda çıxış edən futbolçusunuz...
    – 
    Mən də oynayacağımı gözləyirdim. Ən azından buna da layiq olduğumu düşünürəm. Amma qərar baş məşqçinindir. Mənim edə biləcəyim bir şey yoxdur. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Ancaq mən də karyeramda yüksəlişdəyəm. Köklü bir kluba keçmişəm. HYK Finlandiyanın ən yaxşı komandasıdır, daim avrokuboklarda çıxış edir. Millidə 23 nəfərik. Heç vaxt deməmişəm ki, qoy mən oynayım. Ancaq mən də meydana sonradan çıxacağımı gözləyirdim...

    Oynamamağıma məyus oldum. 1 millət, 2 dövlətik. Mən türk olsam da, bu Azərbaycan bayrağımı fəxrlə daşıyıram. Həyat yoldaşım azərbaycanlıdır, oğlum azərbaycanlı qanı daşıyır. Azərbaycan bayrağının öz bayrağımdan fərqi yoxdur. Bura əlimdən gəldiyi qədəri ilə yardım etmək istəyirəm. Kənarda olarkən ən çox edə biləcəyin şey qardaşlarını motivasiya etmək olur.

    – Mənə görə Niderlandın I divizionu belə Finlandiyanın elitasından daha üstündür. Niderlandı Finlandiyaya dəyişmək sizə görə geriyə addım deyil?
    – Açığı, ötən mövsüm statistika baxımından yaxşı çıxış etdim. Bu səbəbdən də xarici klublarla danışıqlarım olmuşdu. Bunu "Eyndhoven" klubu da bilirdi. Yalan söyləməyə lüzum yoxdur. Mənim də əsas hədəfim Hollandiya Erediviziyasında oynamaq idi. Ancaq danışdıq, olmadı. Son anadək gözlədik. Türkiyədən də təklifim vardı. Niderland Erediviziyasına görə gözləməli oldum. Ancaq sonradan HYK variantı ortaya çıxdı. Klubun baş məşqçisi və idman direktoru mənə zəng vurdu. Onlar mənə hədəflərini izah etdi. Düzdür, Niderland elitasında oynamaq istəyirdim. Ancaq hədəflərimdən biri də avrokuboklarda çıxış etmək idi. HYK hər il Çempionlar Liqasında çıxış edən komandadır. Hazırda UEFA Konfrans Liqasında oynayırıq. Avrokubok məsələsi HYK-ya keçməyimə 100% təsir etdi. Konfrans Liqasında "Panatinaikos", "Betis" kimi oyunlarda özümü yaxşı tərəfdən göstərsəm, başqa klublara keçə bilərəm. İlk matçda İsveçrədə "Luqano"ya 0:3 uduzsaq da, 88 dəqiqə meydanda oldum. Həmin matçda gördüm ki, mən bu səviyyədə oynaya bilərəm. Bu, avrokuboklarda qrup mərhələsində ilk belə təcrübəm idi.

    – Musa Qurbanlı İsveçdə ötən mövsüm əsas heyətə düşmək şansını itirdi və Azərbaycana qayıtdı. Sizin üçün Skandinaviyada möhkəmlənmək problem olmayacaq?
    – Artıq 2 aydır ki, oradayam. Təbii ki, yeni bir ölkəyə gedirsənsə, ora uyğunlaşmaq problemin olacaq. Finlandiya bizim türk mədəniyyətinə tam əksdir. Təbii ki, bunun çətinliklərini çəkmirəm deyə bilmərəm. Amma klubum sağ olsun ki, mənə ev, maşın məsələsində kömək olmağa çalışır. Bir az yeni ölkəyə öyrəşmək lazımdır. Zaman göstərəcək ki, Finlandiya karyeram mənim üçün uğurlu oldu, ya yox.

    – Kiçik qardaşınız Orkun "Benfika"da çıxış edir. Sizin karyeranızda onun uğurlu çıxışının nə qədər rolu var?
    – Bizdə elə bir şey yoxdur ki, qardaşıma görə məni hansısa kluba götürsünlər. HYK-ya keçidimdə də onun rolu olmayıb. Mənim menecerim atamdır. Qərarı birgə veririk. Bir klub məni alacaqsa, qardaşıma görə yox, özümə görə alacaq. Əslində qardaşımın məşhurluğuna görə çox kluba keçməyim asandır. Amma öz oyunuma görə hansısa klubda oynamaq istəyirəm.

    – HYK-da baş məşqçi Toni Korkeakunnas sizi ən çox hansı mövqedə oynadır?
    – Hücumçunun arxasında. Bunu çox adam bilmir. Məncə, ən çox fayda verdiyim mövqe məhz 10 nömrənin yerinə yetirdiyi funksiyadır. Azərbaycanda məni vinger kimi oynatdılar. Ancaq hücumçunu mərkəzdən ötürmə ilə təmin etmək bacarığım daha yaxşıdır. Ortada oynayarkən, özümü daha sərbəst hiss edirəm.

    Səbuhi Musa

    Futbol

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50
    Top oyunları

    "Təşəbbüs Ehtiram müəllimdən gəldi" – Həsən Zeynalov "Turan Tovuz"dakı təyinatından danışdı

    19.07.2026 15:45:12
    Futbol

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23
    Futbol

    "Niyə Azərbaycanda da çempion olmayım?" - Yuri Vernidub

    11.07.2026 14:33:43
    Müsahibə

    "Bizi çətin oyun gözləyir" – Aydın Bayramov

    9.07.2026 14:23:55
    Futbol

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved