Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Almaniyada bizə bunu da öyrətdilər" – Mahir Emreli
    14.10.2024 14:58:30

    Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının III turunda səfərdə Estoniyaya 1:3 hesablı məğlubiyyətdən sonra "Misli"nin dəstəyi ilə Tallinə ezam olunmuş jurnalistlərə müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Mahir, öncə oyunla bağlı fikirlərinizi öyrənək...
    – İlk hissəni yaxşı oynadıq. Epizodlardan da istifadə etsəydik, fərqli olardı. 2-ci hissəyə isə çox pis başladıq. Bəlkə bunun bir səbəbi də 2-ci qolu tez buraxmağımız idi. Hər halda, bu cür məğlubiyyət üzücüdür. Ümid edirəm ki, bu oyundakı səhvlərimizdən daha yaxşı nəticə çıxarıb növbəti matçda yaxşı nəticə əldə edərik.

    – Məğlubiyyətə əsas səbəb kimi nəyi görürsünüz?
    – Qəti cavab vermək çox çətindir. Rəqibin qollarında da xüsusi bir bacarıq yox idi. Deyək ki, 3-cü qolda fərdi ustalıq var idi. Amma ilk 2 qol komanda olaraq, özümüzün səhvi, diqqətsizliyi ucbatından oldu.

    – Bu gün evdə Slovakiya ilə oyun var. Həmin qarşılaşma ilə bağlı nə düşünürsünüz?
    – Bu cür turnirlərdə üzülməyə də vaxtın olmur. Təbii ki, belə məğlubiyyətlər insana toxunur. İnkişaf etmək istəyiriksə, bu cür rəqiblərə uduzmamalıyıq. Slovakiya ilə oyuna həm psixoloji, həm də fiziki cəhətdən yaxşı hazırlaşmalıyıq. Rəqib də yaxşı komandadır, son Avropa çempionatında bunu göstərdilər. Ümid eirəm ki, nəticə və oyun baxımından hər şey daha yaxşı olacaq.

    – "Nürnberq"dəki durumunuz necədir?
    – Zədədən yeni qayıtmışam. 3 oyun oynamışam, 2-ni əsas heyətdə meydana çıxmışam. Sağ olsun, baş məşqçimiz, rəhbərlik, klubun menecerləri bu baxımdan mənə çox dəstək olur. Xeyli müddət zədəli olmağım da oyunuma təsirini göstərir. Amma qələbə olduqca, hər şey yoluna düşəcək. Çox xoşdur ki, son turda qalib gəldik.

    – Digər ölkələrlə Almaniya futbolunun fərqi nədir?
    – Hər şeydə fərq var. "Dinamo" (Zaqreb), ola bilsin, bu gün Avropada daha tanınmış klubdur, amma "Nürnberq"in də tarixi böyükdür. Kimlərsə düşünə bilər ki, 2-ci Bundesliqa olduğu üçün geri addım atmışam. Xeyr, çempionatın səviyyəsi baxımından irəli addım atdığımı düşünürəm. 2-ci Bundesliqa çox səviyyəli çempionatdır, ümid edirəm ki, orada olan atmosferi bir gün özünüz də gəlib görəcəksiniz. Bu çempionatda oynamaq çox xoşdur. Orada olan şərait, meydançalar çox yüksək səviyyədədir, insan məşqə də həvəslə gedir. Mən də bu imkanlardan istifadə edib daha da artırmaq istəyirəm.

    – Gələcək planınız nədir: "Nürnberq"də qalmaq, yoxsa buradan tramplin kimi istifadə etmək?
    – Onu gələcəkdə görəcəyik. Mənim necə mövsüm keçirməyimdən, eləcə də komandanın nə düşündüyündən çox şey asılı olacaq. İndiki halda, yalnız yaxşı nəticələrə köklənmişəm. Çünki qələbələr gəldikcə, hər şey daha da yaxşı olacaq. Təbii ki, qollar da vurmaq istəyirəm, amma bu baxımdan eqoist futbolçu deyiləm. İlk növbədə komandanın qələbəsi mənim üçün daha önəmlidir. Yeri gəlmişkən, Almaniyada bizə bunu da öyrətdilər.

    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved