Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Azərreyl"i çempion edib, ayrılan türkiyəli məşqçi: "Yeni rəhbərliklə anlaşa bilmədik"
    8.10.2024 23:42:39

    "Azərreyl" qadın voleybol komandası ilə çempion olan məşqçi Cengiz Akarçeşmə ötən ay gözlənilmədən klubdan ayrıldı. 

    Prosport.Az türkiyəli məşqçidən ayrılığın səbəblərinə aydınlıq gətirməyə çalışıb:

    – Komandanı çempion etdiniz. Ancaq indi "Azərreyl"də deyilsiniz. Səbəb nədir?
    – Klubda rəhbərlik dəyişdi. Yeni rəhbərliklə anlaşa bilmədik. Hədəflərimiz üst-üstə düşmədi. Bu səbəbdən də mən "Azərreyl"də qalmaq istəmədim.

    – "Azərreyl" bu mövsüm avrokuboklarda çıxış etməyəcək. Bunun olmaması qərarınıza təsir edən səbəblərdən biridir?
    – Təbii ki, bu da qərarıma təsirsiz ötüşmədi. Ancaq əsas məsələ quracağım komanda ilə bağlı fikir ayrılıqları oldu. Onlar başqa cür komanda qurmaq istədikləri üçün bu qərarlarını hörmətlə qarşıladım və ayrıldım. Ancaq Azərbaycan Voleybol Federasiyasında Təhsil Şurasının rəhbəri olaraq işimi davam etdirirəm. Həmçinin, hazırda Azərbaycan İdman Akademiyasında da voleyboldan dərs deyirəm.

    – "Azərreyl"in avrokuboklardan kənarda qalması nə ilə əlaqələndirilir?
    – Açığı, bu haqda mən maraqlanmamışam. Bunu federasiyadan soruşmaq lazımdır. Ancaq bu da var ki, avrokuboka qatılmaq uğur deyil. Qatılırsansa, yaxşı komandan olmalıdır. "4-lər finalı"na qalan komandaların büdcəsi çox yüksək olur. Bunu tənqid etmək lazım deyil. Federasiyanın qərarıdır.

    – Ötən il "Azərreyl"in büdcəsi daha yaxşı idi. Bəs büdcə azaldılması qərarınıza təsir etdimi?
    – Yox. Büdcə az olsa da, onun nəticələrinə görə cavabdehliyi mən daşımaq istəyirdim. Əgər baş məşqçiyəmsə, bütün oyunçu transferlərinə dair qərarları özüm vermək niyyətində idim. Son 5-6 ildə işlədiyim komandaları ya çempion etmişəm, ya da onlarla final oynamışam. Mənim istəyimlə qurulmayan komanda ilə işləmək istəmərəm. 

    – Kluba sabiq taekvondoçu Ramin Əzizovun təyinatını necə qarşıladınız?
    – Əvvəlki klub prezidenti Orxan Kərimov da voleybolun içindən biri deyildi. Sadəcə, mənim məşqçilik düşüncəmə görə, maliyyəyə uyğun olaraq komanda haqda başdan sonadək qərarları mən verə bilərəm. Əgər komanda çempion olarsa, bu hamının uğurudur, əksinə olarsa, bu mənim uğursuzluğumdur. Mənim yanaşmam belədir. Klubdan da pis şəkildə ayrılmadım. Sadəcə, hadisələrin mən istədiyim məcrada getmədiyini görüb, ayrılmaq qərarı verdim. Məsələni fərdiləşdirmək istəmirəm. Heç kimdən qorxum yoxdur. Ancaq o adamı ora təyin edənlər də mənim dəyər verdiyim insanlardır. Onlara hörmətsizlik etmək istəmərəm.

    – Bizdə Türkiyədəki kimi deyil. Azərbaycan klubları federasiyadan maliyyələşir. Qeyd etdiyiniz kimi, "Azərreyl"in prezidentini ora təyin edənlər federasiya rəhbərliyidir. Sizin klubdan ayrılmaq istəməyiniz federasiya rəhbərliyinə necə təsir etdi?
    – Əvvəlcə onlara bu qərarımı söyləmədim. Daha sonra da onlarla ayrılmaq səbəbimin detalları barədə çox danışmadım. Onlar da mənə Təhsil şurasındakı işimdə dəstək oldular... İnşallah, "Azərreyl" bu il də çempion olar. Çünki "Azərreyl" Azərbaycanda bir markadır.

    – Ancaq siz də qəbul edərsiniz ki, 6 komandalı çempionatda qalib olmaq heç də çətin deyil...
    – Yox, razı deyiləm. Çempion olmaq həmişə çətindir. Biz ötən mövsüm çempion olmaya da bilərdik. "Abşeron"a 2 dəfə uduzduq. Oyunçu sayı artsa, komandaların və sponsorların da sayı artacaq.

    – Son olaraq bura ilk dəfə gəlişinizi da sizin dilinizlə xatırlayaq...
    – Mən Azərbaycana ilk dəfə Adnan Kıstakla (2009-cu ildə ölkəmizə gəlmiş türkiyəli məşqçi "Azərreyl", "Nəqliyyatçı"/"Şirvan", AVF kimi komandaları çalışdırıb – S.M.) birgə gəlmişəm. O daha sonra Azərbaycanın gənc qız millisini də çalışdırdı. Bir də Azərbaycana ötən ilin mayında Beynəlxalq Voleybol Federasiyasının kurs təlimatçısı kimi gəldim. 3 dəfə kurs keçdikdən sonra federasiya rəhbərliyi ilə görüşüm oldu və "Azərreyl"i çalışdırmaq məsələsi ortaya çıxdı. Milli Olimpiya Komitəsi ilə 2 rayondan 500 qız idmançının testini etdik. U-16 komandasının orta boy göstəricisi hazırda Şahin Çatmanın gəldiyi dövrdə U-18 millisinin boy göstəricisindən 10 sm daha uzundur.

    Səbuhi Musa

    Top oyunları

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33
    Basketbol

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved