Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Olimpiya Oyunları
    Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlandı - SON DƏQİQƏ
    6.08.2024 14:30:05

    Gənclər və İdman Nazirliyi yarışlarda uğur qazanmış idmançıların və məşqçilərin mükafatlandırılması istiqamətində bəzi nöqsanları hüquqi aktların yaradılması və təkmilləşdirilməsi yolu ilə aradan qaldırsa da, idman yarışlarının keçirilməsi və yarışlara hazırlıq, eləcə də gənclər siyasəti ilə bağlı xərclərin icrasında əvvəlki auditlə müəyyən edilmiş analoji nöqsanlar az olmayıb.

    Prosport.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının nazirlikdə keçirdiyi auditin nəticələrində bildirilir.

    “Palata nazirliyi nəzarət obyekti olaraq mütəmadi olaraq seçir və cari auditin nəticələri bir sıra nöqsanların təkrarlandığını göstərir”, – deyə Palatanın rəyində qeyd olunub.

    “Dövlət büdcəsindən ayrılan vəsaitlərə ehtiyacın çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə proqnozların tərtibi zamanı bir sıra istiqamətlər üzrə ümumilikdə formalaşmış meyillərin nəzərə alınmaması proqnoz və icra məbləğləri arasında kəskin fərqlərə səbəb olmuş, həmçinin bəzi xərclərdə dəqiqləşdirmələr aparıldığı halda icra səviyyəsi az olmuş, bir sıra xərclərdə isə icra prosesində aparılmış dəqiqləşmələrin davranış meyli icra ilə fərqlənib.

    Təsdiq edilmiş büdcə vəsaitlərinin maliyyələşdirilməsi və icrası ilə bağlı da hüquqi aktların bəzi tələblərinə əməl olunmamış, büdcə təsnifatına uyğun olaraq xərclərin müəyyən edilmiş rüblük və aylıq bölgüsünə riayət edilməmiş, auditin əhatə etdiyi illərdə açılmış maliyyələşmə və icra məbləğləri bir çox aylarda vəsaitlərin ahəngdar icranı təmin etmək məqsədi daşıyan və müvafiq qaydada təsdiq edilmiş bölgüdən fərqli olub. Hər iki ildə son rübdə maliyyələşmə və icra məbləğləri cəmi xərclərin böyük hissəsini təşkil edib, 2022-ci ildə oktyabr-dekabr aylarında cəmi maliyyələşmə məbləğinin 48,9%-i açılıb, icra edilmiş vəsaitin isə 56,4%-i bu ayların payına düşüb, dekabr ayının payı 33,5 % təşkil edib. 2023-cü ildə də son rübün payı rüblük bölgüyə, əsasən, uyğun olsa da, aylar üzrə kəskin fərq müşahidə olunub, həmin rüb və dekabr ayında icra edilmiş vəsaitin çəkisi müvafiq olaraq 41,7 % və 29,5 % olub.

    Açılmış maliyyələşmə və kassa icrası arasında da uyğunsuzluq mövcud olub, belə ki, bəzi aylarda tələb olunandan artıq maliyyələşmə açılıb, həmin aylar üzrə yaranmış qənaət hesabına digər aylarda icra edilmiş vəsaitin məbləği müvafiq dövr üçün açılmış məbləğdən çox olub”, – deyə Palata bəyan edib.

    Formula-1

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Digər idman növləri

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Digər idman növləri

    "Formula 1" üzrə Azərbaycan Qran-prisində "City" tribunası quraşdırıldı

    1.09.2026 15:42:03
    Multiidman yarışları

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    Multiidman yarışları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Digər idman növləri

    Ramil Quliyevin xanımının olimpiya medalı əlindən alındı

    23.06.2026 13:13:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved