Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Olimpiya Oyunları
    "Qalib gəlmək istəyim həyəcandan qat-qat üstün idi" – Zelim Kotsoyev
    2.08.2024 00:09:18

    "2 ay əvvəl dünya, bu gün isə olimpiya çempionu oldum. Çox şadam ki, zəhmətimin bəhrəsini gördüm".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev deyib.

    100 kq çəki dərəcəsində yer alan idmançı etdiyi məşqlərin faydasını gördüyünü bildirib: "Bu səhər oyandım və düzünü desəm, özümü yaxşı hiss etmədim, amma sonra özümə gəlməyə başladım, məşq etdim. Görüşdən-görüşə özümü daha da güclü hiss edirdim. İndiki əhvalım həyəcanımı üstələyirdi. Qalib gəlmək istəyim bu həyəcandan, söhbətlərdən qat-qat güclü idi. Sadəcə, musiqi dinləyirdim və hər görüşə özümü sonuncu güləşim kimi hazırlayırdım".

    O, qazandığı uğurda atasının böyük rolu olduğunu söyləyib: "Azərbaycan Cüdo Federasiyasına və məni dəstəkləyən insanlara təşəkkür edirəm. Uşaqlıqdan atam məni məşqlərə aparırdı. Heç bir məşqi buraxmırdım. İlk növbədə, atamı, sonra da mənə dəstək olan bütün insanları sevindirmək istəyirdim".

    Cüdoçu olimpiya çempionu Hidayət Heydərovun qələbəsinin ona yarışöncəsi motivasiya verdiyini vurğulayıb: "Hidayətin qələbəsi məni ruhlandırdı. O da mənə dəstək oldu. Bütün gün məşq zalında mənimlə idi. Mənə olduqca kömək edirdi. Ona görə də Hidayətə minnətdaram".

    Z.Kotsoyev gürcüstanlı İlya Sulamanidze ilə qızıl medal uğrunda qarşılaşmasında keçirdiyi hisslərdən də bəhs edib: "Mən, sadəcə olaraq, son ana qədər özümə inanırdım. Məğlub ola biləcəyimi qəbul edə bilmirdim. Bu gün belə bir fikrim yox idi. Sadəcə irəliləyirdim. Əvvəlcə istədiyim heç nə alınmırdı. Zərbəni qaçırdım, amma sadəcə irəliləyirdim və bu ümid məni tərk etmirdi. Nəhayət, rəqibim səhv etdi və parterə saldı. Bu, açıq-aydın idi. Onunla başqa turnirlərdə də qarşılaşmışam. O, texniki cəhətdən çox güclü rəqibdir. Ona görə də onunla görüşlər həmişə çətin olur. Səhvləri bağışlamır. Beləliklə, bir az diqqətsizlik etsən, o anda o, qalib gələ bilər".

    Olimpiya çempionu gələcək hədəflərindən danışıb: "Motivasiyam həmişə mənimlə olacaq. Tarix yazmaq, irs qoymaq istəyirəm. Nə qədər ki, sağlamam, sona qədər getmək arzum var. Əvvəlcə evə gedib 1-2 ay dincələcəyəm və sonra Los-Ancelesə gedəcəyəm".

    Qeyd edək ki, Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən başlayan cüdoçumuz ilk görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını 1/4 finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən Zelim Kotsoyev yarımfinala vəsiqə qazanıb. İdmançımız yarımfinalda özbəkistanlı Müzəffərbəy Turabayevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib.

    Xatırladaq ki, bu, Azərbaycan komandasının Paris Olimpiadasında qazandığı 2-ci qızıl medaldır. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Azərbaycanın Dövlət Himnini səsləndirib.

    Digər idman növləri

    Paraatletika üzrə Açıq Qapı Günü keçirildi

    17.09.2026 19:54:22
    Olimpiya Oyunları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Cüdo

    Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olundu

    9.04.2026 12:46:21
    Güləş

    Paris-2024 medalları yeniləndi - MOK-da təqdimat olacaq

    8.04.2026 14:30:03
    Güləş

    Olimpiya mükafatçılarımızın medalları yenisi ilə əvəzləndi

    16.03.2026 21:57:37
    Güləş

    2 idmançımızın olimpiya medalı dəyişdirilir

    25.02.2026 17:17:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved