Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Əslində ötən il 3x3 basketbolunda çıxış edəcəyimi gözləyirdim" – Həvva Nastakalova
    24.07.2024 12:00:00

    Azərbaycanlı qadın basketbolçu Həvva Nastakalovanın Prosport.Az saytına müsahibəsi

    – Bu ildən sizi 3x3 basketbolu üzrə Qadın Seriyasında mübarizə aparan "Baku Fleyms" komandasında çıxış edən görürük. Bura dəvət almağınız necə alındı?
    – Əvvəllər mən U-15 millimizdə çıxış etmişəm. Milli ilə Batumidə yarışda da iştirak etmişik. Əslində ötən il 3x3 basketbolunda çıxış edəcəyimi gözləyirdim. Lakin fiziki olaraq zəif olduğumdan, mənə bu barədə təklif gəlməmişdi. Bu il isə mənə "Baku Fleyms"də şans verdilər. Buna görə çox sevindim.

    – Rəqiblərə böyük hesabla məğlub olursunuz. Bunun səbəbini nədə görürsünüz?
    – Təbii ki, bu mənada bizim rəqiblərlə müqayisədə təcrübəmiz çatışmır. Qubada qrupumuzda yer alan Avstraliya millisi Olimpiadaya da lisenziya qazanmış komandadır. İndi Azərbaycan basketbolu inkişaf etməkdədir. Bizə vaxt lazımdır ki, bu səviyyəyə gəlib çataq. Məsələn, Niderlandla oyunda böyük hesabla (4:21) uduzsaq da, oyun tərzimiz yaxşı alındı. Məşqlərdə etdiklərimizi hardasa oyunda tətbiq edə bildik. Həmin matçda bir az həyəcan da vardı.

    – Sizin komandanı bu oyunlara kim hazırlaşdırır?
    – Zaur Paşayev.

    – Qızlar Liqasında son mövsüm hansı komandada çıxış etmisiniz?
    – "Qaradağ" komandasında. 3-cü yer uğrunda görüşdə "Xırdalan"a uduzaraq 4-cü yeri tutduq. "Neftçi" çempion, "Azstars" isə 2-ci oldu.

    – 3 nəfərlə basketbol klassik oyundan nə ilə fərqlənir?
    – 3x3 basketbolu daha yorucudur. Mənə görə 5x5 basketbolu oynamaq daha asandır. Burada istirahət etmək şansın az olur. 3x3-də fiziki güc, 5x5-də sürət lazımdır.

    – Soyadınıza görə sizi legioner sayanlar da olur. Ancaq bilirik ki, ölkəmizin şimal zonasındansınız...
    – Bəli. Balakən rayonunun Gərəkli kəndindənəm, milliyyətcə avaram.

    Səbuhi Musa

    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Futbol

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved