Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Müqaviləmə xitam verərkən bir az çətinlik yaratdılar" – "Səbail"in yeni transferi
    22.07.2024 17:58:06

    21 yaşadək millimizin və "Neftçi"nin sabiq futbolçusu Mərt Çəlik "Səbail"ə keçib.

    Prosport.Az türk əsilli müdafiəçidən müsahibə götürüb.

    – "Səbail"ə keçidiniz necə alındı?
    – Öncə onu deyim ki, Azərbaycana gəldiyim üçün çox xoşbəxtəm. Bakı üçün darıxmışdım. Ağlımda həmişə buraya geri qayıtmaq vardı. Bir az "Başakşəhər"də problemlə üzləşdim. Müqaviləmə xitam verərkən bir az çətinlik yaratdılar. Amma sonda bu məsələdə razılığa gəldik. Daha sonra "Səbail"lə danışıqlara başladıq. Azərbaycanda daha çox oyun keçirmək şansım olur. Mən də bu səbəbdən "Səbail"i seçdim.

    – Sizin üçün Super Liqa klubu olan "Başakşəhər"lə müqavilənin davam etməsi və yenidən icarəyə verilməniz daha yaxşı deyildimi? Niyə müqavilənin xitam verilməsində maraqlı idiniz?
    – Orada ehtiyatda oturmaqdansa, burada oynamaq çox-çox yaxşıdır. 4-5 ildir ki, mən icarəyə verilirəm. 3 il "Neftçi"də, 1 il də Türkiyədə bu cür oynadım. İcarədə oynamaq bir yaş dönəminə kimi yaxşıdır. Bir müddətdən sonra belə oynamaq daha olmur. Artıq 24 yaşım var. İndi müqaviləm öz əlimdədir. Müqaviləmin oynadığım klubda olması daha yaxşıdır ki, bir-birimizə daha çox dəyər verək. Ona görə də mən belə bir seçim etdim. Çətinliklə də olsa, "Başakşəhər"lə müqaviləmə xitam verdirdim.

    – "Səbail"ə keçidiniz maraqlı təqdimatla edildi. Bu ideyada sizin rolunuz nə qədər vardı?
    – Mənə bu barədə "Səbail"in sosial media səhifələrini istifadə edən şəxslər dedi. Çox sağ olsunlar, gözəl video hazırladılar. Orada deyilən sözlərə mən də özümdən bəzi əlavələr qatdım. Həqiqətən bütün hisslərim o videoda əks olunub. Həm Türkiyə, həm də Azərbaycanı öz vətənim kimi görürəm. Bu səbəbdən də o videonu gördükdən sonra belə gözəl alınmasına görə çox şad oldum.

    – Yeni komandanın Türkiyədəki təlim-məşq toplanışını necə dəyərləndirirsiniz? Neçə oyunda meydana çıxmaq şansı əldə etdiniz?
    – "Ərzurumspor"la ilk matçda bir hissə oynadım. Bundan sonra 4-5 günlük xəstələndim, qızdırmam vardı, sistem vurdurdum. Hətta "Hatayspor"la matçda oynamadım. Ancaq ən sonuncu yoxlama matçımızda ("Ərzurumspor"la 2-ci matç) Şahin müəllim (baş məşqçi Şahin Diniyevi nəzərdə tutur – S.M.) oyun praktikası qazanmağım üçün şans verdi. Az oynadım, çünki xətəlikdən yeni çıxmışdım. Bakıda 2 həftəlik hazırlıq keçirik. Bundan sonra "Zirə" ilə çempionat matçında qələbə qazanmaq istəyirik.

    – "Səbail"də mərkəz, yoxsa cinah müdafiəçisi kimi oynayacaqsınız?
    – Vallah, bu qərarı Şahin müəllim verəcək. İlk yoxlama oyunumuzda sağ cinahda oynadım. 2-ci matçda isə mərkəz müdafiəçisi kimi çıxış etdim. Hansı mövqe lazım bilinsə, orada da oynacağam. Heç bir etirazım yoxdur. Bilirsiniz ki, "Neftçi"də də müdafiənin sağ cinahında oynamaq təcrübəm var.

    Səbuhi Musa

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved