Azərbaycanın FIFA referisi Elçin Məsiyev FIFA U-17 dünya çempionatının qrup mərhələsinin III turunda keçiriləcək Vyetnam - Mali oyununun baş hakimi olacaq.
Prosport.Az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. 4-cü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.
Noyabrın 26-da Qətərin Doha şəhərindəki "Aspire Zone" kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
