İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Fermin Lopes 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Prosport.Az xəbər verir ki, 23 yaşlı futbolçu La Liqanın XIII turunda “Vilyarreal”la (3:2) oyunda ehtiyat oyunçular skamyasında olarkən birbaşa qırmızı vərəqə alıb. O, “Barselona”nın vingeri Entoni Qordon üzərində penalti təyin edilməməsinə etiraz edib.
Matçın protokolunda göstərilib ki, Fermin ehtiyat hakimə “İşinə qarışma!” dediyi üçün meydandan kənarlaşdırılıb.
