Azərbaycan təmsilçisi Məhəmmədəli Osmanlının Mütləq Döyüş Çempionatındakı (UFC) əsas hədəfi kəmər qazanmaqdır.
Prosport.Az xəbər verir ki, bu barədə idmançı onlayn mətbuat konfransında deyib.
22 yaşlı döyüşçü UFC-də moldovalı Pavel Andruşkaya qarşı keçirəcəyi görüşlə bağlı fikirlərini bölüşüb: "Azərbaycana qələbə ilə qayıtmaq istəyirəm. Bunu bacaracağıma ümid edirəm. Son görüşdə cəzalanmağım mənə əngəl deyil. Əksinə motivasiya verir. Karyeramda əsas məqsədim UFC-də kəmər götürməkdir. Növbəti döyüşdə daha diqqətli olmağa çalışacağam. Hazırda özümü yaxşı hiss edirəm. Növbəti rəqibim yaxşı idmançıdır. Düşünürəm ki, o, mənə problem yarada bilməyəcəm. Çəkdiyim əziyyətə görə deyə bilərəm ki, yaxşı mübarizə olacaq".
Osmanlı Pavel Andruşkanın özünəməxsus döyüş tərzi olduğunu vurğulayıb: "Hazırda öz çəkimdə ən yaxşıdı mənəm. Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq".
Xatırladaq ki, Məhəmmədəli Osmanlı Pavel Andruşka ilə dekabrın 5-də üz-üzə gələcək.
