Hazırda İspaniya “Barselona”sında çıxış edən İngiltərə millisinin futbolçusu Entoni Qordonun Bakıdakı Çempionlar Liqasında qollarının sayı 5-ə çatıb.
Prosport.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu ilin fevralında İngiltərə “Nyukasl”ının heyətində “Qarabağ”a qarşı pley-off mərhələsinin ilk matçında 4 dəfə fərqlənib.
Bu dəfə isə Qordon “Barselona”nın heyətində “Sabah”a qarşı Liqa mərhələsinin V tur matçının 31-ci dəqiqəsində hesabı açıb.
Beləliklə, o, Kataloniya komandasının səfərdə keçirdiyi son 3 oyunda 2-ci qolunu vurub.
Qeyd edək ki, ilk hissədən sonra "Sabah" "Barselona"ya 0:1 hesabı ilə uduzur.
