Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik
    26.11.2026 00:16:13

    UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" Bakıda "Sabah"ı 4:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Barselona"nın baş məşqçisi Hansi Flik matç haqqında fikirlərini bildirib.

    "Təbii ki, bu cür oyunlar futbolçular üçün çətin olur. 1-ci hissədə 70 faiz topa sahib idik. Qoldan məmnun qalmadım. Çox asan qol buraxdıq, ciddi səhv etdik. Amma nəticə etibarilə 3 xal qazandıq, bizim üçün vacib xallardır. 2-ci hissədə daha intensiv oyun getdi. Əlimizdən gələni etdik ki, hesabı qoruyaq"

    - Oyunçuların performansından razı qaldınız?

    - Yaxşı oynadılar. İlk hissədən sonra dəyişikliklər etdim. Bəzi oyunçuları fasilədən sonra çıxardıq. 45 dəqiqə oynayanlar o demək deyil ki, pis idi. Sadəcə istədik ki, digər oyunçulara da şans verək. Nəzarət bizdə idi. Məmnunuq.

    - Aleks Baldenin durumu necədir?

    - Nə baş verdiyini tam bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Oyunu da yaxşı keçirdi. Bu oyunda bir az az vaxt keçirdi. Amma ümumi olaraq yaxşı hesab etmək olar.

    - Qabriel Jezusun "Sabah"a qarşı performansını necə dəyərləndirirsiniz? Ona daha çox şans vermək istəyərdiniz?

    - Bu, asan deyil. Rafinya da var. O da daha çox oynamaq istəyir. Qabriel elə oyunçudur ki, məşqlərdə özünü yaxşı göstərir, oyuna fokuslanır. Həmişə oyunlara pozitiv yanaşır, Bakıya gələndə onunla danışdım. Bilmirəm bu, ona necə təsir göstərdi.

    - Daha az oynayanlar "Sabah"a qarşı çətinlik çəkdilər?

    - Əlbəttə, onlar üçün asan deyil. Oyun çətin keçdi. Meydanda az olmaları onlara mənfi tərəfdən təsir göstərmədi. Onların oyunundan razı qaldım. 2-ci hissədə oyuna daha çox nəzarət etdik, daha çox qol vurduq, intensivlik daha yüksək idi. 3 xaldan məmnunam, səfərdə qalib gəldik. Kiməsə normal gələ bilər, amma qələbə heç vaxt asan deyil.

    - Öz təcrübənizi bölüşə bilərsiniz? ÇL-də ən uzun səyahətiniz oldu. Bu proses necə keçdi?

    - Açığı, çox şeyin şahidi olmadıq. Mükəmməl oteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən razıyam. Azərbaycana ilk səfərim deyil, milli ilə gəlmişəm, bura 4-cü səfərimdir. Səhv etmirəmsə, 17 yaşlıların turniri üçün də gəlmişdim. İnkişaf var, inqilabi dəyişikliklər hiss etdim, Bakı şəhəri gözəlləşir.  "Sabah" özü də ÇL-də oynayır, bu, dünyadakı ən yaxşı turnirdir. "Sabah"ın baş məşqçisinin fəlsəfəsi aydındır, qəhrəmancasına, gözəl anlar yaşadılar. Bizə çətinlik yaşatdılar. 3 xal üçün razıyam. "Sabah"a uğurlar arzulayıram. Çox vacibdir ki, həmişə inkişaf olsun. Burada inkişaf olduğunu fikirləşirəm.

    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Futbol

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved