UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda keçirilən “Sabah” – “Barselona” matçının ən yaxşı oyunçusu açıqlanıb.
Prosport.Az xəbər verir ki, UEFA bu ada Kataloniya təmsilçisinin ingiltərəli oyunçusu Entoni Qordonu layiq görüb.
Bakı Olimpiya Stadionunda baş tutan görüşdə Qordon dubl etməyi bacarıb.
Xatırladaq ki, qarşılaşma “Barselona”nın 4:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
