Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas
    26.11.2026 00:41:09

    "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda "Barselona"ya 1:4 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    - Dünən dediniz ki, "Barselona"nın icazə verdiyi qədər oynayacağıq. Bu, "Barselona"nın icazə verdiyi, yoxsa "Sabah"ın qurduğu oyun idi?

    - Dünən həm də onu dedim ki, biz əlimizdən gələni edəcəyik. Həqiqətən də bunu etdik. Biz bacardığımızdan daha çoxunu göstərməyə çalışdıq. Bəlkə də bu, kifayət etmədi. İlk hissəyə yaxşı başladıq, boşluqlar buraxmamağa çalışdıq. Onların necə paslaşdıqlarını, necə sürətli oynadıqlarını görürsünüz. Baxanda gözlərim və boynum ağrayırdı. Müəyyən zamandan sonra başa düşdük ki, boşluqlar yaranır, arxaya gəlməyə çətinlik çəkirik. Daha yaxşısını edə bilərdik. Xüsusən də 1-ci hissədə. Onu da başa düşürəm ki, oyunçularım yerli liqada vertikal oynayırlar, "Barselona" ilə matçda mərkəzdən irəliləmək olmur. Yerli liqadakı oyun tərzimiz başqa cürdür, burada isə sağ və sol cinahlarla oynamaq lazım idi. Bəlkə də istədiyimiz kimi imkanlar yaratmadıq. Standart vəziyyətləri məşq edirik, yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. 2-ci hissədə "Barselona" yenə özünü göstərdi. Onlar məğlubiyyətdən anidən qalib duruma keçir. Bunun baş verməməsinə çalışırdıq. 2-ci hissənin əvvəlində 0:3 uduzurduq. Oyunçularıma hörmət edirəm, onlar mübarizədən qopmadılar, oyun planına sadiq qaldılar, gözəl imkanlarımız oldu. Biz maksimumu etməyə çalışdıq. Amma bu da kifayət etmədi.

    - Xəyal Əliyev haqda nə düşünürsünüz?

    - Çox gözəl performans göstərdi, yaxşı oynadı. 2-ci hissədə oynamasını da planlaşdırırdıq. Bu gün hər kəsin 90 dəqiqə oynamaq imkanı olmaya bilərdi. Çox qaçdı, pressinq etdi. Gözəl hücumlar yaratdı, 1-2 epizodda daha yaxşı oynaya bilərdi. Çünki yaxşı imkanları var idi. Azərbaycanın ən yaxşı futbolçularından biridir. Bugünkü oyunu da fantastik idi. Böyük zədədən sonra ilk ciddi oyununa çıxdı. Mövsümün sonuna qədər daha da yaxşı olacaq.

    - Epizodlar yaratdıqca "Barselona"dan xal almaq düşüncəniz yaranırdı?

    - Bəli, biz həmişə inanırıq ki, imkanlarımız var. Meydançaya çıxanda uduzmaq ehtimalını da nəzərə alırıq. Biz əlimizdən gələni etdik, inanırdıq ki, standart vəziyyətlərdən istifadə edə bilərik. Amma pozitiv məqamlar var ki, bunları yerli liqada istifadə edə bilərik. Bunu daha ətraflı şəkildə analiz edəcəyik. 

    - Bu matçdan nə qazandınız?

    - Çox şey qazanmışıq. Təbii ki, bunu saymaq istəsək, burada səhərə kimi qalmalıyıq. Hazırlıq, mental tərəflər... Oyuna yaxşı başlamışdıq, 1-ci hissədə rəqibə imkan vermədik. Hiss etdik ki, biz də nəsə bacarırıq. Buna təkcə fiziki deyil, mental tərəfdən də baxmalıyıq. Mental yorğunluğu yaddan çıxarmalı deyilik. Əsas məsələ necə reaksiya verməyimiz idi.

    - Hansi Flik komandanızı və sizi çox təriflədi. Bu cür məşqçidən tərif eşitmək sizdə hansı təəssüratı yaradır?

    - O, çox tərbiyəli və mənəvi cəhətdən yüksək səviyyəli insandır. Xoş sözlərinə görə sağ olsun.

    - "Zenit"dən icarəyə götürülən Du Keyruş özünü göstərə bilmir və hər matçda əvəzlənir. Adaptasiya prosesi gec gedir ki, ön plana çıxmır?

    - İstedadı oyunçudur. Komandaya uyğunlaşmağa çalışır. Baxmaq lazımdır ki, nə qədər inkişaf edib. Onun üçün bu prosesə uyğunlaşmaq asan deyil. Oyunçularımız çoxdur. Rotasiyalar edirik. Keyruş universal oyunçudur. Bizim üçün də vacib futbolçulardan biridir. İnanıram ki, daha da təkmilləşəcək və daha da tez adaptasiya olacaq.

    - Zedadkanın zədəsi nə dərəcə ciddidir?

    - Hələ bilmirəm. Həkimlərlə danışmamışam. Ümidvaram ki, ciddi bir şey yoxdur.

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved